“Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi nəzərdən keçirilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. “OLAYLAR –a nazirliyin mətbuat xidmətindən bildirilib ki, iki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. "OLAYLAR -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, iki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.
Söhbət zamanı Azərbaycan-Rusiya əməkdaşlığının yüksələn xətt üzrə inkişafının enerji sahəsini də əhatə etdiyi vurğulanıb. Energetika naziri Pərviz Şahbazov hər iki ölkənin paralel iş rejimində fəaliyyət göstərən enerji sistemlərinin enerji dəhlizinin formalaşdırılması üçün imkanlara malik olduğunu deyib. Onun sözlərinə görə, enerji mübadiləsinin həcminin və keyfiyyətinin artırılması istiqamətində son illər görülən işlər elektrik enerjisi sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradır. Görüşdə iki ölkə arasında enerji mübadiləsinin artırılması və "Şimal-Cənub enerji dəhlizi"nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında "Yaşma-Dərbənd" dövlətlərarası ikinci HEVX-nin tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa "Samur" çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31