Gündəm
Gecə saat 5-də qızı blokda öpdü, sonra... - Bakıda DƏHŞƏTLİ OLAY
"O, lazımi yerdən cavabını alacaq, pulu da verməyəcəyik" - Şəbnəm
Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişinə zəng edərək ona borclu olduğunu deyən satıcı qadının pulunu qaytarmayacaq. Bunu ifaçı “Xəzər Maqazin”ə açıqlamasında deyib:
Sıla yenidən imicini dəyişdi
Bəkir Bozdağ: Suriya qoşunları Afrinə daxil olmayacaq
PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
"Rembo" ölüm xəbərinə münasibət bildirdi
"Rembo" və "Rokki" filmlərinin ulduzu, aktyor Silvestr Stallone sosial şəbəkədə özü haqda yayılan ölüm xəbərlərinə münasibət bildirib. 71 yaşlı aktyor onun haqda çıxan xəbərləri İnstaqram səhifəsində yerləşdirərək yazıb:
Qazaxıstan əlifbasının dəyişir - Fərmana dəyişikliklər edilib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev "2017-ci il 26 oktyabr tarixli 569 nömrəli "Qazax dilinin kiril əlifbasından latın qrafikasına keçirilməsi haqqında" Qazaxıstan prezidentinin fərmanına dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.
Qazaxıstanın Milli Muzeyi ilə Tarixi Muzeyi arasında əməkdaşlıq
Qazaxıstan Milli Muzeyi direktorunun müavini Abay Satubaldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub. AMEA-dan Olaylar.az - a bildirilib ki, MATM-ın direktoru, akademik Nailə Vəlixanlı qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin tarixi barədə məlumat verib. Bildirilib ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair çoxlu sayda eksponat toplanıb.
Ankarada Xocalı soyqırımına həsr olunan toplantı
Azərbaycanın Ankaradakı səfirliyi və Yeni Dünya Vəqfi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib. Tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin üzvləri, elm adamları, diaspora fəalları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada təhsil alan xarici tələbələr iştirak ediblər.
Zibil topası uçdu - 17 ölü
Mozambikin paytaxtı Maputu şəhərində 15 metr hündürlüyündə olan məişət tullantıları topasının uçması nəticəsində 17 nəfər ölüb. Zibil topası evin üzərinə dağılıb və həmin zaman mənzildə bir neçə ailənin üzvləri olub. Bəzi sakinlər evi vaxtında tərk edə biliblər.
Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yerdədi
Politoloq alimlər arasında aparılan sorğuya görə, Donald Tramp ABŞ prezidentlərinin illik tarixi reytinqində sonuncu yeri tutub. Hyuston və Boyse universitetləri mütəxəssislərinin keçirdikləri illik sorğuda Amerika Siyasi Elmlər Assosiasiyasının prezident seksiyasının üzvləri olan 170 ekspert iştirak edib. Reytinq prezidentlərin tarixdə rolu baxımından 0-100 ballıq şkala üzrə hesablanıb.
Kazanda beynəlxalq türk kinosu festivalı keçiriləcək
Bu ilin 21-25 mart tarixləri arasında Kazanda ilk dəfə Türk Kino Festivalı keçiriləcək. Kinoforumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcəklər. Festival iştirakçıları Novruz bayramının qeyd olunmasında iştirak edəcəklər. Forum çərçivəsində Türk Dünyası Kino Assosiasiyasının icra komitəsinin iclası da keçiriləcək.
Sünnətə qadağa qoyulacaq
İslandiya hökuməti sünnəti qadağan etməyə hazırlaşır. Əgər qanun qəbul olunsa, İslandiya kişilərə sünnəti qadağan edən ilk Avropa ölkəsi olacaq. Hökumətin parlamentə təqdim etdiyi qanun layihəsində, sünnətin uşaq haqlarını kobud şəkildə pozduğu qeyd olunur. "Tibbi səbəblər istisna olmaqla, sünnətin qadağan olunması üçün məclisə təklif göndərdik. Bizim üçün dini qaydalar əsas deyil, uşaqların haqları daha üstündür" – hökumətdən bildirilib.
Prezidentlər Afrini müzakirə etdi
Türk dünyasının Bəxtiyarı
Xalq Şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı “dəyirmi masa” keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şairin adını daşıyan “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoyublar. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirilib. Tədbirdə Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
Rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılıb
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-da institutun sərgi salonunda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılışı olub. Sərgidə ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir çıxışında qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin xeyli hissəsi ötən il çəkilib və həmin əsərlər dərin məzmun kəsb edir: “Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin.














