Türk dünyasının Bəxtiyarı
Xalq Şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı “dəyirmi masa” keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şairin adını daşıyan “Bəxtiyar meydanı”ndakı büstü önünə gül dəstələri qoyublar. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirilib. Tədbirdə Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
20 Fevral 2018 09:10 MədəniyyətXalq Şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar "Hara gedir sabahımız" adlı "dəyirmi masa" keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şairin adını daşıyan "Bəxtiyar meydanı"ndakı büstü önünə gül dəstələri qoyublar. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirilib.
Tədbirdə Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
Tədbir çərçivəsində şairin Azərbaycan və türk dünyası üçün böyük söz adamı olduğu, yaradıcılığının oxucular tərəfindən sevilərək oxunduğu, habelə kitabxanada onun əsərlərinin külliyyatının mövcudluğu və internet səhifələrində müxtəlif səsli şeirlərinin olduğu haqqında məlumat verilib.
Tədbir "Türk dünyasının Bəxtiyarı" adlı sərgiyə baxışla yekunlaşıb.