Prezidentlər Afrini müzakirə etdi
20 Fevral 2018 09:16 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Tərəflər Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması, o cümlədən Afrin bölgəsində aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər. Türkiyə prezidenti İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarına başsağlığı verib.
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31