Bəkir Bozdağ: Suriya qoşunları Afrinə daxil olmayacaq
PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
20 Fevral 2018 09:53 DünyaPYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
O bildirib ki, Suriya qoşunları Afrinə daxil olmayacaq: "Suriya tərəfi də bu informasiyanı təsdiq etməyib".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31