Kazanda beynəlxalq türk kinosu festivalı keçiriləcək
Bu ilin 21-25 mart tarixləri arasında Kazanda ilk dəfə Türk Kino Festivalı keçiriləcək. Kinoforumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcəklər. Festival iştirakçıları Novruz bayramının qeyd olunmasında iştirak edəcəklər. Forum çərçivəsində Türk Dünyası Kino Assosiasiyasının icra komitəsinin iclası da keçiriləcək.
20 Fevral 2018 09:21 DünyaBu ilin 21-25 mart tarixləri arasında Kazanda ilk dəfə Türk Kino Festivalı keçiriləcək. Kinoforumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcəklər.
Festival iştirakçıları Novruz bayramının qeyd olunmasında iştirak edəcəklər. Forum çərçivəsində Türk Dünyası Kino Assosiasiyasının icra komitəsinin iclası da keçiriləcək.
Festivalda mükafat verilməyəcək, onun hazırkı vəzifəsi maarifləndirməkdir. Kinematoqrafçıların etirafına görə, onlar üçün salonun tamaşaçı ilə tam dolması əsas mükafat sayılcaq. Report.az