Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə

"Mançester Siti"nin hücumçusu Serxio Aquero cəzalandırılacaq. Buna səbəb argentinalı futbolçunun azarkeşi vurmasıdı.Hadisə İngiltərə kubokunun 1/8 final mərhələsinin "Uiqan"la oyunundan sonra baş verib. "Şəhərlilər"in 0:1 hesabı ilə uduzduqları matç  bitdikdən sonra ev sahiblərinin azarkeşləri qələbəni bayram etmək üçün meydana axışıblar. Bu zaman fanatlardan biri Aquero ilə toqquşub. Nəticədə argentinalı forvard azarkeşin üzünə zərbə endirib. Həmin an videonun yaddaşına düşüb.

İnsidentə İngiltərə Futbol Assosiasiyası baxacaq. Aqueronun uzun müddətə diskvalifikasiya ediləcəyi gözlənilir. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31