Məhşur “Qızıl adam” Azərbaycana gətiriləcək
Qazaxstan Respublikasının simvollarından biri “Qızıl adam” adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunmuşdur. 2017-ci ilə qədər Qazaxstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar etmişdir ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişmişdir.
20 Fevral 2018 14:13 MədəniyyətQazaxstan Respublikasının simvollarından biri "Qızıl adam" adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş "Qızıl adam" bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunmuşdur. 2017-ci ilə qədər Qazaxstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar etmişdir ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişmişdir.
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxstan respublikası Milli Muzeyi arasında əldə olunmuş razılaşmaya əsasən 2018-ci ilin may- iyun aylarında Bakıda "Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri" adlı sərgi keçiriləcək. Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxstan zərgərlik sənətinin 140-a yaxın nümunəsi, o cümlədən "Qızıl adam"ın tam geyimi gətiriləcək.
"Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri" sərgisi Milli Azərbaycan Tarixi Muzeyinin Sərgi zalında təşkil olunacaq. Sərginin məzmunu və tarixləri ilə bağlı daha dəqiq və dolğun məlumat əlavə olaraq təqdim ediləcək.