Gündəm
Pərvin Abıyeva idman zalında - VİDEO - FOTOLAR
Gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan istedadlı aktrisa Pərvin Abıyevə mütənasib bədən quruluşunu hər zaman formada saxlamaq üçün idmanla məşğul olur. Məlumata görə, tamaşaçıların sevgisini qazanmış aktrisa sosial şəbəkə hesabında məşqdə olarkən çəkilən video və foto görüntülərini paylaşıb.
Ziya Məmmədovun meşədəki villasının yanması ilə bağlı- RƏSMİ MƏLUMAT
Yumurta qabıqlarını atmayın – FƏRQLİ İSTİFADƏ QAYDALARI
Yumurtanın qabığı da ən az özü qədər faydalıdır. Yumurta qabığından məişətin müxtəlif sahələrində istifadə etmək yollarını göstəririk.
Bacılar vida videosu çəkib intihar etdilər - VİDEO
19 fevral tarixində Rusiyaın İjevsk şəhərində 2 yeniyetmə qızın cəsədi aşkarlanıb. Ölən qızlardan birinin 12 digərinin isə 15 yaşı olub və verilən məlumata görə onlar ögey bacılar olublar. Qızlardan biri ölməmişdən öncə İntagram-da bacısı ilə birlikdə olan foto və videosunu paylaşıb, yaxınlarından onları incitdikləri üçün üzr istəyib. Görüntülərin altında isə şərhçilər qızların dostlarından heç birinin onların intihar etmək istədiklərini başa düşməməsinə qəzəblənib.
Politoloq: “Putinlə Ruhani Əsədi risqli addımdan çəkindirməlidir"
“Türkiyə diplomatiyası bu gün ordudan geri qalmadı. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan gün ərzində rusiyalı və iranlı həmkarları ilə təcili telefonla danışdı”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Səhiyyə Nazirliyi: "Azərbaycana dərmanlar daha çox Avropadan gətirilir"
"Azərbaycana bütün ölkələrdən dərman vasitələri idxal olunur". Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət sektorunun müdiri Elmin Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir: "Sonra bazarda əsasən Rusiya, MDBölkələri, Türkiyədən gətirilən dərmanlar üstünlük təşkil edir. Azərbaycana Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Lakin bunların sayı o qədər də çox deyil".
"Qız da deyilsən. Bəs sənə kim pul buraxacaq?" - VİDEO
Dünən "5/5"-in qonaqlarından biri çoxdandır efirlərdə görünməyən müğənni Elnur Məmmədov olub. Aparıcı Zaur "Dedilər oxumayacaqsan. Sənətdən uzaqlaşmısan dedilər" sözləri ilə müğənniyə müraciət edib. Elnur aparıcının sözlərini gülüşlə qarşılayıb: "Bütün xəbərləri yalnış verirlər də. Qalırsan ki, belə, ay Allah, mən bu sözü demişəm?".
Xəstəxanadaxili infeksiyalar səhiyyənin aktual problemidir
Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.
Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər. “OLAYLAR” xəbər verir ki, fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Məktəbəhazırlıq qruplarının fəaliyyəti müzakirə olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 62 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı görüş keçirilib. “OLAYLAR” xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd məktəbəhazırlıq qruplarında işin təşkili, müəllimlərdə zəruri bacarıqların formalaşdırıması və onların tədris səviyyəsini yaxından müşahidə etməkdən ibarətdir.
“Yaxın günlərdə Afrinin mərkəzi mühasirəyə alınacaq” - Ərdoğan
“Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq”. Məlumata görə, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanpartiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.
Talıb Tale maşınını əzdi, rəngini dəyişdirdi
Sonuncu “Maşın şou”nun qalibi Talıb Tale avtomobili ilə qəza keçirib. Bunu açıqlamasında ifaçının özü bildirib. O qeyd edib ki, qəza bir müddət öncə olub: “Əmimlə rayondan gəlirdik. Maşını da əmim idarə edirdi. Qarşımıza çaqqal çıxdı, vurduq. Amma çaqqal ölmədi, maşın cüzi əzildi. Mənə deyirdilər ki, o maşını götürmə, o qədər göz var ki… Mən də elə şeylərə inanmıram. Maşını qazanandan sonra hamısı avtomobildən əlini üzdü. İnanmıram ki, gözləri qalsın”.
Alternativ qətimkan tədbirlərindən niyə istifadə edilmir?
Dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə”imzaladığı sərəncama əsasən Cinayət-Prosüssual Məcəlləsi və Cəzaların İcrası Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Yerli problemlərin həlli: Rayonlarda təlim keçirilir
“Tərəqqi” Sosial Tədiqatlar İctimai Birliyi və Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində birgə həyata keçirdiyi “İcmanın yerli problemlərin həllində səlahiyyətlərinin artırılması və yerli idarəetmə ilə əməkdaşlığının gücləndirilməsi” layihəsi davam edir. Layihə çərçivəsində icmanın fəal nümayəndələri üçün bacarıqların inkişafı təlimlərini hədəf rayonlarda keçirilir.
İran "qaynayır": ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var
İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb. İran KİV-ləri həlak olanlarda 3 nəfərin polis əməkdaşı olması barədə bildiriblər. Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.








.jpg)





