Gündəm
Məcburi dövlət sosial sığorta haqları üzrə 100 milyon manat borcun tam silinməsi nəzərdə tutulur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirlən ardıcıl tədbirlər özəl sektorun milli iqtisadiyyatda rolunun artmasına səbəb olmaqla, sahibkarlığın sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə imkan verib. Dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi, hazırlanan yeni “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.
Türkiyədə pedofillər axtalana bilər
Türkiyədə pedofillər axtalana bilər. Məlumata görə, bunu ölkənin ədliyyə naziri Əbdülhəmid Gül deyib. Nazir qeyd edib ki, bu adamların axtalanması kimyəvi yolla həyata keçirilə bilər.
Müəllim və valideynlər qəbul ediləcək
Fevralın 23-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə,səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
“Ermənistanda İlham Əliyevin Yerevanı götürəcəyinə inanırlar”
Ermənistan prezidenti Serj Sarkisyanın Münhen Təhlükəsizlik Konfransına qatılması aprel döyüşlərindən sonra Almaniyaya qaçmasına çox oxşadı. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Sarkisyan Azərbaycanın aprel döyüşlərində qələbəsini Ermənistan silahlarının sovet istehsalı olması ilə əlaqələndirdi: “Azərbaycan səni qoymur silah alasan?”.
Radikal dindarların seçkiyə təsir etmə istəyi
Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi atmosfer də dəyişir. Hər dəfə ölkədə keçirilən bu və ya digər seçkidə siyasi proseslərə müdaxilə etmək istəyinə düşən radikal dindarlar deyəsən prezident seçkiləri ərəfəsində də öz ənənəvi “fəaliyyətləri”ni işə salıblar. Belə ki, bu qəbildən olan insanlar sosial şəbəkələrdə hakimiyyətin ünvanına bir sıra tələblər səsləndiriblər. Həmin tələblərdə qeyd olunur ki, hakimiyyət onun namizədinə səs verilməsini istəyirsə ilk növbədə Mövsüm Səmədov başda olmaqla bütün dindarları azad etməlidir.
Ailəsi onu axtarmaq üçün verilişə çıxmışdı - ŞOK GERÇƏK 8 il sonra ortaya çıxdı - VİDEO
Türkiyənin İzmir şəhərinin Çiğli qəsəbəsində 8 il öncə yoxa çıxan qadının ev almaq üçün baxmağa birlikdə getdiyi əmlakçı Ö.G. (33) tərəfindən öldürüldüyü məlum olub. Qadını qətlə yetirən əmlakçı onu meşəlik ərazidə basdırıb.
“Mənə nə sözlər vermişdi” - Mirkamilin aldatdığı gənc xanım efirə gəldi - VİDEO
ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Mirkamil Kamilov olub. Heç bir qızı aldatmadığını deyən müğənninin sözünə etiraz olaraq efirə gələn gənc xanım maraqlı açıqlamalar verib: "Mirkamili çox yaxşı tanıyıram. Efirdə izlədim. O dedi ki, mən həyatımda heç bir qızı aldatmamışam. Bu sözlər mənə çox toxundu. O məşhur müğənni ola bilər, insani kefiyyətləri bəs necə?! Şəkillərimiz var idi, amma biz ayrılandan sonra mən bütün şəkilləri telefondan sildim. Mənimlə sevgili olan vaxtlar mənə nə vədlər, sözlər verirdi. Yəqin onun qız fanatları çox olub, ona görə də mən yadında qalmamışam".
Bakıda türk liseyində direktor müavini şagirdi döydü - Şok
Ötən gün Nəsimi rayonu ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində direktor müavini 7-ci sinif şagirdini döyüb. Məlumata görə, Şahin Kəmalə Məmməd qızı 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, liseyin direktor müavini Kelez Talib Bayram oğlu dərs vaxtı oğlu Əli Şahini döyüb.
Alimlərdən yeni kəşf — Qaçış yaddaşı gücləndirir
ABŞ-ın Briqama Yanqa universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə əsasən, qaçış xroniki stressin beyinin hippokamp hissəsinə mənfi təsirini azaldır. Nəticələr "Neuroscience" jurnalında dərc edilib.
Hökumətdən İNANILMAZ ADDIM: hər bir şəxsə 300 dollar PUL BAĞIŞLANACAQ
Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım atıb. Ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib. Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər 300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə 100 dollar əlavə pul alacaq.
İntihar edənin ailəsinə 15 milyon təzminat verildi
Yaponiyada məhkəmə nüvə fəlakəti səbəbilə kəndinin təxliyə ediləcəyini öyrəndikdən sonra intihar edən kişinin ailəsinə 15,2 milyon yen təzminat ödənməsi qərarını verib.
Yığma komandalarımız Kiyevdə sınaqdan keçiriləcək
Zakir Həsənov Belarusa gedəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minskə gedəcək.
Zahid Oruc: "Radikal müxalifətin xalqa heç bir bağlılığı yoxdur"
“Rusiyada kimsə seçkilərdə “Tramp effekti” gözləmir. Əlbəttə, heç Birləşmiş Ştatlarda da seçkilərin taleyini Kremlin casusları həll etmirdi. Sadəcə, Obamanın idarəçiliyindən bezən ağ amerikalılar özlərini kəskin diksriminasiyada hiss etməyə başladılar və üsyana qalxdılar”. Məlumata görə, bu barədə millət vəkili Zahir Oruc özünün “facebook” səhifəsində yazı paylaşıb.
Prezidentin təklifi 155 milyon borca şamil olunacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.














