Yığma komandalarımız Kiyevdə sınaqdan keçiriləcək

23-25 fevral 2018-ci il tarixdə Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçiriləcək.  AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcək. 
Artıq qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə yerləşən Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadır. 
Sərbəst güləş üzrə yığma komanda isə böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 15 güləşçi ilə Kiyevdə mübarizə aparacaq. 
Yunan-Roma güləşi yarışlarında yığma komandanın 11 güləşçisı yarışlara qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31