Radikal dindarların seçkiyə təsir etmə istəyi

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi atmosfer də dəyişir. Hər dəfə ölkədə keçirilən bu və ya digər seçkidə siyasi proseslərə müdaxilə etmək istəyinə düşən radikal dindarlar deyəsən prezident seçkiləri ərəfəsində də öz ənənəvi “fəaliyyətləri”ni işə salıblar. Belə ki, bu qəbildən olan insanlar sosial şəbəkələrdə hakimiyyətin ünvanına bir sıra tələblər səsləndiriblər. Həmin tələblərdə qeyd olunur ki, hakimiyyət onun namizədinə səs verilməsini istəyirsə ilk növbədə Mövsüm Səmədov başda olmaqla bütün dindarları azad etməlidir.

Və hakimiyyətə ünvanlanan absurd şərtlər

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi atmosfer də dəyişir. Hər dəfə ölkədə keçirilən bu və ya digər seçkidə siyasi proseslərə müdaxilə etmək istəyinə düşən radikal dindarlar deyəsən prezident seçkiləri ərəfəsində də öz ənənəvi "fəaliyyətləri"ni işə salıblar. Belə ki, bu qəbildən olan insanlar sosial şəbəkələrdə hakimiyyətin ünvanına bir sıra tələblər səsləndiriblər. Həmin tələblərdə qeyd olunur ki, hakimiyyət onun namizədinə səs verilməsini istəyirsə ilk növbədə Mövsüm Səmədov başda olmaqla bütün dindarları azad etməlidir. Həmçinin İslam Partiyasının tezlikılə qeydiyyatdan keçirilməsi, Nardaran hadisələrinə görə həbs edilənlərə bəraət verilməsi, İslam televiziyasının açılması. İsraillə bütün əlaqələrin kəsilməsi kimi absurd şərtlər də hakimiyyətə nüvanlanan ismarıcda yer alıbş Məsələ ilə bağlı fikirlərini bölüşən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bəzi radikal dindarlar tərəfindən irəli sürülən şərtləri qəbuledilməz hesab edərək bildirib ki, əsl dindar heç zaman siyasi hərəkata qoşularaq dövlətə, dövlətçiliyə, ölkə rəhbərinə qarşı çıxa bilməz. Onun sözlərinə görə, həm dünyəvi hüquq baxımından, həm də islam dini hüququ baxımından həmin şəxs cinayətkar hesab edilir və cəzasını çəkməlidir: "İslam dinində dinin adından istifadə edərək partiya yaratmaq icazəli sayılmır. Müasir dövrümüz baxımdan partiya yaratmaq icazəli hesab edilsə belə dini kütlələrin belə bir din adı altında partiya yaradılması İslam dini mənbələrində rast gəlinmir. Əksinə dinimizə görə insanların din pərdəsi altında qruplaşması, hizbləşməsi, partiyalaşması müsəlmanlar arasında ayrıseçkiliyə gətirib çıxarır. Bu baxımdan onlarınbu tələbəniz də yersizdir. Nardaran hadisələri zaman ölkə rəhbərinə qarşı çıxıb çağırış edən, hüquq-mühafizə orqanlarına qarşı dəyənəklə, müxtəlif küt alətlərlə üsyan edən insanlar ən ağır şəkildə cəzalandırılmalıdır. Ona görə də onların azad edilməsi məqsədə uyğun deyil. Belə olarsa sabah başqaları da belə yanlış hərəkatlərə, ölkədə çevrilişlərə yol verə bilərlər. Onları o zaman azad etmək olar ki, etdikləri səhvləri etiraf edib tövbə etsinlər və bir daha dövlət çevrilişinə cəhd etməsinlər. Həm də ümumiyyətlə dövlət çevrilişinə nail olmaq istəyənlər vətən xainləri hesab edilir. Onların bağışlanması düzgün deyil". Ölkədə İslam televiziyasının açılması şərtinə gəlincə isə Əkrəm Həsənov deyib ki, Azərbaycanda bir çox televiziya verlişlərində həmvətənlərimiz dini cəhətdən maarifləndirilir. Buna görə də hansısa məzhəbə bağlı televiya kanalı açmaq doğru deyildir: "Əhalimiz müsəlmandır və onlar bu gün rahat şəkildə məscidlərə gəlib ibadətlərini icra edirlər. Məscid imamları da müəyyən vaxtlarda insanlara, müsəlmanlara xütbə verir və onları maarifləndirirlər. Musiqi, incəsənət və ədəbiyyat bir elm sahəsi kimi tədqiq edlir və efirlərimizdə cəmiyyətin tələbinə uyğun olaraq verilişlər verilir. Bayağı şou xarakterli verlişləri istisna etməklə efirdə gedən verilişlər cəmiyyətin maarilənməsi üçün əsas meyar hesab edilir". İsraillə əlaqələrin kəsilməsi şərtini də absurd sayan ilahiyyatçı qedyd edib ki, İsrail hər zaman Azərbaycanın yanındadır və Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir: "Demək olar ki, Azərbaycana ən dost ölkələrdən biri də İsraildir. Azərbaycan müxtəlif ölkələrlə, həmçinin İsrail ilə müxtəlif əlaqələr qurur və bu gözəldir".

Qeyd edək ki, hakimiyyətə ünvanlanan ismarıcda ölkədə vəhabilik və nurçuluğun qəti şəkildə qadağan olunması da istənilir. Bu məsələ ilə bağlı isə Əkrəm Həsənov deyib ki, Azərbaycanda radikal dini kəsimlərə güclü nəzarət olunur və onlar hər zaman zərərsizləşdirilir: "Azərbaycan xalqını məzhəblərə, firqələrə bölmək, müsəlmanları şərləmək müsəlmana yaraşmayan əməldir. Əgər vəhabi və nurçu təhlükəsi varsa, dövlətimiz ciddi şəkildə bununla bağlı vacib ölçüləri götürür. Bundan narahat olmağa dəyməz. Həmçinin həmin şərtlərdə ölkədə guya hicaba qoyulan qadağanın da ləğvi çağırışı edilir. Bildirmək istırdim ki, Azərbaycanda hicabla bağlı rəsmi qadağa yoxdur. Məlumat üçün qeyd edim ki, bir müddət əvvəl Azərbaycan Prezidenti imzaladığı səsərncamla İlahiyyat institunun yaradılması nəzərdə tutulur. Bundan başqa Azərbaycanda həm orta məktəblərdə, həm də ali məktəblərdə dinimiz gənclərə öyrədilir. Bir sözlə, deyilənlər hamısı boş sözlərdir. Boş-bekar qalıblar və nə hoqqa çıxardıqlarını bilmirlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31