Gündəm

Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəllidir

20 Fevral 2018 16:22

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik edəcək.

FTX “Qazprom”da genişmiqyaslı yoxlamalara başladı

20 Fevral 2018 16:20

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Qazprom”un Mahaçqaladakı ofisində araşdırmalara başlayıb. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Yoxlamaların dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə aparıldığı bildirilib. Cinayət işinin üç il əvvəl qaldırıldığı, lakin araşdırmaların indi aparıldığı qeyd olunur.

Vüqar Rəhimzadə: “Prezident seçkiləri mətbuatın ana xəttini təşkil edəcək”

20 Fevral 2018 16:18

Təbii ki, hər bir vətəndaşın üzərinə kifayət qədər məsuliyyət və öhdəlik düşür. Hər bir vətəndaşın borcudur ki, seçkilərdə fəallıq nümayiş etdirsin, aktiv şəkildə seçkilərdə iştirak etsin və öz seçimini etsin, mövqeyini ortaya qoysun. Mətbuatın da burada rolu kifayət qədər böyükdür. Mətbuat həm təbliğat, təşviqat vasitəsil olmaqla yanaşı, həm də ictimai şüura müəyyən mənada təsir göstərən bir vasitədir.

"Nübar" qəsəbəsi və "Zəli gölü" adlanan ərazidə sürüşmə aktivləşdi

20 Fevral 2018 16:16

Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.

Türkiyədə ev almaq istəyən bakılıya 241 min atdılar

20 Fevral 2018 16:13

Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

İsrailə qarşı ordu hər şey tətbiq edəcək – General

20 Fevral 2018 16:02

Rəsmi Təl-Əvivin mübahisəli əraziyə divar tikiləcəyini açıqlaması İsraillə Livan arasındakı gərginliyi daha da yüksəldib. Livanlı general Jozef Aoun İsrailin hər hansı təşəbbüsünə qarşı istənilən hərbi varianta əl atacaqlarını bildirib. “Qəti və açıq şəkildə bildirirəm, əgər İsrail Livanın müstəqilliyini və iqtisadi mənbələrini təhlükəyə atan cəhd etsə, nəticə nə olur olsun, İsrailin bu təcavüzkar həmləsinə qarşı ordumuz nə mümkündür, onu da tətbiq edəcək”, - general bildirib.

Silahı polisə könüllü təhvil verib

20 Fevral 2018 16:00

İmişli şəhər sakini tapdığı odlu silahı və vasitələri polisə təhvil verib. DİN-dən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində İmişli şəhər sakini Muxtar Babaşov tapdığı AKS-74 markalı silahı, 3 ədəd patron darağını və 147 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.

Soyğuçunun digər cinayət əməlləri aşkar edilib

20 Fevral 2018 15:56

Soyğunçuluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, soyğunçuluq etdiyinə görə tutulmuş Nicat Tahirovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabr-dekabr ayları ərzində 1 əcnəbi vətəndaşın içərisində 300 manat, 20 ABŞ dolları və kredit kartları olan pulqabısını, Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Mingəçevir sakininin avtomobildə odlu silah aşkar edilib

20 Fevral 2018 15:55

Mingəçevir şəhər sakininin avtomobildə odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Şahmar Mustafayevə məxsus “Hyundai” markalı avtomobildə axtarış aparılıb. Axtarış zamanı avtomobildən “İJ-27” markalı tüfəng aşkar edilərək götürülüb.

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

20 Fevral 2018 15:53

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 13-dən cari il fevralın 13-dək olan müddətdə şəhər sakini olan 2 nəfərin ciblərindən mobil telefon və pul, rayon ərazisindəki 5 evdən inşaat materialları və məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Qurbanov saxlanılıb.

Cinayətkar qrupun üzvü ələ keçib

20 Fevral 2018 15:52

Oğurluqda şübhəli bilinən qrupun bir üzvü saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 7-də rayon ərazisindəki mağazaların birindən 400 manat, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Liman şəhər sakini Kamran Quliyev saxlanılmışdır.

Evdən qızıl aparan şəxs saxlanıb

20 Fevral 2018 15:48

Bakı şəhərində evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki evlərin birindən 1400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seyhun Şahverənov saxlanılıb. Araşdırma aparılır.

Bu sürücülər 50 manat cərimələnəcək – Yeni qanun

20 Fevral 2018 15:44

Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək. Bu barədə millət vəkili Vüsal Hüseynov qeyd edib.