Gündəm

AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

20 Fevral 2018 16:58

Fevralın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin nümayəndələri Qoşqar Qurbanlı və Nəzrin Əfəndiyeva Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüblər. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşün keçirilməsində məqsəd SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatını keçirərək layihə ilə tələbələri tanış etmək olub.

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb

20 Fevral 2018 16:54

Fevralın 20-də MDB İcraiyyə Komitəsinin Moskva bölməsində Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov Rusiya Federasiyası Prezidenti seçkilərində MDB müşahidəçiləri missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski ilə görüşüb. Məlumata görə, görüşdə seçki kampaniyası və missiyanın işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə edilib.

Elmar Məmmədyarov Misir səfirini qəbul edib

20 Fevral 2018 16:52

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri, xanım Suzan Gəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Milli Məclis martda 3 dəfə yığışacaq

20 Fevral 2018 16:52

Milli Məclisin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı müəyyənləşib. Məlumata görə, gələn ay parlamentin 3 iclası keçiriləcək. İclaslar martın 6, 16 və 30-da olacaq. Martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir. Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.

Regional proqramlar əhalinin elektrik enerjisi ilə təminatını əsaslı dərəcədə yaxşılaşdırıb

20 Fevral 2018 16:51

İcrası ilə təkcə paytaxt Bakı deyil, eləcə də bölgələrin ümumilikdə Azərbaycanın simasını dəyişən, bütün istiqamətlərdə dinamik inkişaf və tərəqqiyə səbəb olan, yoxsulluq, işsizlik kimi problemləri maksimum dərəcədə aradan qaldıran Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları yuxarıda qeyd etdiyimiz bütün nailiyyətlərə yanaşı, infrasturkturun yaradılması, yolların çəkilməsi, həmçinin əhalinin kommunal prolemlərinin həlli istiqamətində də müsbət dəyişikliklərə gətirib çıxardı. 2004-cü ildən etibarən mərhələli şəkildə icra edilən bu proqramlar təkcə şəhər və rayonlar, qəsəbələr deyil eləcə də ucqar dağ kəndlərinin qazlaşdırlması, elektrik enerjisi ilə təmina olunmasında mühüm rol oynadı.

Azərbaycanda yayılan yeni virusla bağlı — Səhiyyə Nazirliyindən açıqlama

20 Fevral 2018 16:48

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı yaşanan narahatlıqlar barədə açıqlama verib.

Rövşən Lənkəranskinin qatili bilindi

20 Fevral 2018 16:45

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.

SKANDAL! İki uşağının hər birinin atası başqaları imiş - Biznesmen həyatının şokunu yaşadı

20 Fevral 2018 16:43

Türk iş adamı həyatının şokunu yaşayıb. Həyat yoldaşından boşandıqdan sonra məhkəməyə müraciət edən ata hər iki uşağının atalarının fərqli olduğunu öyrənib.

Rus general: Bu ölkədə savaş başlayacaq

20 Fevral 2018 16:34

Məhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan çıxaraq digər regionlarda cəmləşib. Bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. “Əsas hədəf Əfqanıstan və Pakistandır.

Tbilisidə Xocalı soyqırımına həsr edilmiş qanvermə aksiyası keçiriləcək

20 Fevral 2018 16:32

Gürcüstanın paytaxtı TbilisidəXocalı soyqrımının 26-cı ildönümü ilə bağlı qanvermə aksiyası keçiriləcək. Məlumata görə, aksiya Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanda fəaliyyət göstərən “Loğman” tibb mərkəzi tərəfindən təşkil olunacaq.

İcra Hakimiyyətindən Bayılda uçan evlə bağlı açıqlama

20 Fevral 2018 16:29

Bayıl qəsəbəsinin Elşən İsmayılov küçəsindəki 102 A ünvanında yerləşən fərdi yaşayış evi uçub. Evin daimi sakinlərindən olan Hicran Xəlilova bildirib ki, uçan ev Zəngilan rayonundan olan məcburi köçkün ailələrinə məxsusdur.

Hərbi ekspert: “Zakir Həsənov bir daha öz qəti mövqeyini səsləndirdi”

20 Fevral 2018 16:26

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının nümayəndəsi ilə görüşündə “müharibə hər an başlaya bilər” xəbərdarlığını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev də dəfələrlə nitqlərində səsləndirib. Əgər BMT-nin məlum 4 qətnaməsi qəbul olunmazsa, beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan işğal olunmuş torpaqları sülh yolu ilə azad etməsə rəsmi Bakı bütün vasitələrdən istifadə edərək, o cümlədən müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəcək”. Bunu  hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

İstanbulda "Xocalıya Ədalət" fotosərgisi

20 Fevral 2018 16:24

Fevralın 20-də İstanbuldakı Yıldız Texnik Universitetinin Auditprium Mərkəzində Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Xocalı soyqırımına həsr edilən "Xocalıya Ədalət" fotosərgisi keçirilib.

“Bu, hər kəsin başına gələ bilər ...” – Ziya Məmmədov evinin yanması xəbərindən DANIŞDI

20 Fevral 2018 16:22

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.