Regional proqramlar əhalinin elektrik enerjisi ilə təminatını əsaslı dərəcədə yaxşılaşdırıb
İcrası ilə təkcə paytaxt Bakı deyil, eləcə də bölgələrin ümumilikdə Azərbaycanın simasını dəyişən, bütün istiqamətlərdə dinamik inkişaf və tərəqqiyə səbəb olan, yoxsulluq, işsizlik kimi problemləri maksimum dərəcədə aradan qaldıran Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları yuxarıda qeyd etdiyimiz bütün nailiyyətlərə yanaşı, infrasturkturun yaradılması, yolların çəkilməsi, həmçinin əhalinin kommunal prolemlərinin həlli istiqamətində də müsbət dəyişikliklərə gətirib çıxardı. 2004-cü ildən etibarən mərhələli şəkildə icra edilən bu proqramlar təkcə şəhər və rayonlar, qəsəbələr deyil eləcə də ucqar dağ kəndlərinin qazlaşdırlması, elektrik enerjisi ilə təmina olunmasında mühüm rol oynadı.
20 Fevral 2018 16:51 Sosialİcrası ilə təkcə paytaxt Bakı deyil, eləcə də bölgələrin ümumilikdə Azərbaycanın simasını dəyişən, bütün istiqamətlərdə dinamik inkişaf və tərəqqiyə səbəb olan, yoxsulluq, işsizlik kimi problemləri maksimum dərəcədə aradan qaldıran Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları yuxarıda qeyd etdiyimiz bütün nailiyyətlərə yanaşı, infrasturkturun yaradılması, yolların çəkilməsi, həmçinin əhalinin kommunal prolemlərinin həlli istiqamətində də müsbət dəyişikliklərə gətirib çıxardı. 2004-cü ildən etibarən mərhələli şəkildə icra edilən bu proqramlar təkcə şəhər və rayonlar, qəsəbələr deyil eləcə də ucqar dağ kəndlərinin qazlaşdırlması, elektrik enerjisi ilə təmina olunmasında mühüm rol oynadı. Artıq 14 ildir ki, icra edilən bu proqramlar çərçivəsində demək olar ki, həm təbii qaz, həm elektirk enerjisi həm də içməli su ilə təminat məsələsində maksimum nəticələrə nail olunub. Təsadüfi deyil ki, elə bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 2014-2018-i illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı bunu müsbət addım kimi dəyərləndirdi. Prezident həmin konfransda çıxışı zamanı bildirdi ki, ötən illər ərzində elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu: "Son 14 il ərzində ölkəmizdə30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlərərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq. Beləliklə, əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görəvalyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədləəlbəttə ki, həmölkəərazisində, həm dəüç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracıüçün yaxşı imkanlar mövcuddur. Energetika hər bir iqtisadiyyatın bel sütunudur, təməlidir. Ona görə biz, ilk növbədə, bu məsələlərlə məşğul olmağa başlamışıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu elektrik stansiyalarının mövcud olması ilə sıx bağlıdır. Biz indi sənaye istehsalımızı, iqtisadi gücümüzü artırırıq. Yeni müəssisələr, yeni yaşayışkompleksləri yaradılır, əhali artır. Biz bunların hamısını nəyin hesabına enerji iləqidalandıra bilərdik?! Ona görə, ilk növbədə, bu məsələ həll olundu. Növbəti illərdəəminəm ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə istifadə etməliyik və bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı addımlar atılacaq". Prezident bildirdi ki, nəticə etibarilə bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir: "İndi bizdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur və bu il yeni böyük elektrik stansiyası işə düşməlidir. Bu stansiya artıq bir neçə ildir ki, inşa edilir, "Şimal-2" elektrik stansiyasının açılışı bu il nəzərdə tutulur. Stansiyanın generasiya gücü 400 meqavatdır. Çox böyük stansiyadır, bizəəlavə potensial verəcək vəəlbəttə ki, ilk növbədə, ixrac imkanlarımızı artıracaq. Çünki ölkə daxilində elektrik enerjisi ilə problemlər öz həllini tapıb, bizim əlavə ixrac imkanlarımız olacaqdır. Bununla belə, bu il bölgələrdə yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin çəkilməsi, onların və transformatorların dəyişdirilməsi, yəni, elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində kifayət qədər böyük investisiya layihələri icra ediləcəkdir".
Düzdür, bu vaxta qədər əldə edilən nailiyyətlər qürurvericidir. Ancaq hələ qarşıda da görüləsi işlər, planlar var. Elə bu işləri, nəzərdə tutulan tədbirləri həyata keçirmək, reallaşdırmaq üçün bu sahəyə məsul olan qurumlar da durmadan çalışırlar. Bu mənada "Azərişıq" Açıq Tipli Səhmdar Cəmiyyətində Prezident İlham Əliyevin "Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan son konfransda çıxışından irəli gələn vəzifələrlə bağlı keçirilən geniştərkibli iclası və qarşıdakı hədəflərin müəyyən edilməsini müsbət qiymətləndirmək lazımdır. Məlumat üçün bildirək ki, iclasda qeyd olunub ki, dövlət başçısının elektroenergetika sahəsinə xüsusi diqqətinin sayəsindədir ki, 2003-cü ildən bu yana Respublikanın generasiya gücü fantastik həddə - 3000 MVA artırılıb. Regionların 2014-2018-ci illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında xüsusi yeri tutan sahələr arasında qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələri tutub. Həmin sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlər görülüb.
Sırf kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kV-luq yarımstansiyalar tikilib və yüksək gərginlikli hava xətləri çəkilib. Eyni zamanda Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 ədəd yeni Aqroparkların elektrik təchizatlarını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın melorasiya, su təsərrüfatına aid nasosxana və subartezan quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə lazım gələn bütün tədbirlər görülür, yeni KTM-lər qurlaşdırılır, TM-lər təmir olunur, hava xətləri yenilənir.
Qeyd edək ki, "Azərişıq" ASC yaradıldıqdan sonra regionların sosial-iqtisadi inkişafı, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün də ciddi işlər görülüb. Bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 3 mindən artıq yeni 10-6 kV-luq TM və KTM qurlaşdırılıb. 20 min km-ə yaxın müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. 350 min ədədə yaxın dayaq basdırılıb. 300 min elektron tipli sayğac quraşdırılıb.
Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaqlığını təmin etmək məqsədiylə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 km-dən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq" ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2018-ci ilin bu gününə qədər 12.000 MVA-ya qədər yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq"ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1 %-dən 10,1%-ə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6%, Regionlar üzrə isə 85% təşkil edir. Təqdirə layiq hal ondan ibarətdir ki, 2017-ci ildə artıq "Azərişıq" ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib.
"Azərişıq" ASC-nin sədri "ASAN xidmət" və "ASAN" kommunal mərkəzləri ilə birgə fəaliyyəti də müsbət olub. Belə ki, hazırda abunəçilər "ASAN xidmət" və "ASAN" kommunal mərkəzlərində 10-dan artıq xidmətlərdən yararlana bilirlər.
Məlumat üçün qeyd edək ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri sahibkarlıq fəaliyyətinə təkan verməkdir ki, bununla bağlı "ASAN" xidmətlə əməkdaşlıq nəticəsində kifayət qədər ciddi naliyyətlər əldə olunub. Digər tərəfdən "ASAN" xidmətlə həyata keçirilən işlər, elektrik şəbəkəsinə qoşulma prosedurunun sadələşdirilməsi və müddətin qısaldılması "Doing bisness"in qiymətləndirmə tələblərindən irəli gələn məsələlərdir. "Azərişıq" ASC bu məsələni prioritet saxlamaqla durmadan yeniliklər edir. Artıq regionlardakı "ASAN" xidmət mərkəzlərində əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün daha sadələşdirilmiş və tez müddətdə prosedurlar həyata keçirilir.
Prezidentin ötən ilin 22 dekabr tarixində imzaladığı sərəncamla külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının keçirilməsi məqsədi ilə Yeni Yaşma və Şurabad Külək Elektrik Parklarının "Azərişıq" ASC-nin balansına verməsi həm Səhmdar Cəmiyyət kollektivinə böyük etimadı göstərir, həm də məsuliyyəti artırır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir