"Gürcü Arzusu" Qaribaşvilinin bəyanatlarına cavab verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının deputatı İrakli Çeişvili həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvilinin növbəti məktubunu şərh edərək bildirib ki, hakimiyyət heç kimi, o cümlədən Qaribaşvili və ya Mixeil Saakaşvilini siyasi baxımdan təqib etmir. Onun sözlərinə görə, keçmiş baş nazirin səsləndirdiyi fikirlər spekulasiyadır və o, kimlərsə tərəfindən azdırılıb. Deputat vurğulayıb ki, Qaribaşvili istintaqla əməkdaşlıq edərək təqsirini boynuna alıb və cəzasını qanuna uyğun çəkir.

Xatırladaq ki, İrakli Qaribaşvili Rustavi həbsxanasından yaydığı növbəti məktubunda hakimiyyəti "maskarad" yaratmaqda ittiham edib və onun əvvəlki məktubundan sonra müxalifətçilərin dindirilməsi ilə başlayan istintaqı qeyri-ciddi adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31