Rus general: Bu ölkədə savaş başlayacaq
Məhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan çıxaraq digər regionlarda cəmləşib. Bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. “Əsas hədəf Əfqanıstan və Pakistandır.
20 Fevral 2018 16:34 DünyaMəhv olmuş İŞİD-in yerdə qalan qüvvələri Suriyadan çıxaraq digər regionlarda cəmləşib. Bunu MDB xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. "Əsas hədəf Əfqanıstan və Pakistandır. İŞİD-in yerdə qalan hissəsi Suriya və İraqda məhv edilmiş bazalarını indi bu ölkələrdə formalaşdırırlar. Əfqanıstana terrorçuların tranziti İraq və Suriyakı kimi həyata keçirilir. Tərəfdaşlarımızdan əldə etdiyimiz məlumata görə, yaxın gələcəkdə İŞİD Əfqanıstanda aktivləşəcək. Bu terror təşkilatı heroin trafikinə nəzarəti ələ keçirməyə cəhd edəcək", - deyə o bildirib. Axar.az