Tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq- ÖZƏL
15:26 Siyasət"Müzəffər Ali Baş Komandanımızın liderliyi, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuşdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov bildirib: "Bu tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olacaqdır. Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir, şəhər və kəndlərimiz yenidən qurulur, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu Zəfər və inkişaf yolunda Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31