AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib
Fevralın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin nümayəndələri Qoşqar Qurbanlı və Nəzrin Əfəndiyeva Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüblər. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşün keçirilməsində məqsəd SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatını keçirərək layihə ilə tələbələri tanış etmək olub.
20 Fevral 2018 16:58 SosialFevralın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin nümayəndələri Qoşqar Qurbanlı və Nəzrin Əfəndiyeva Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşün keçirilməsində məqsəd SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatını keçirərək layihə ilə tələbələri tanış etmək olub.
Tədbirdə iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov Neft Şirkətinin gənclərlə bağlı layihələrinin üstünlüklərindən və əhəmiyyətindən danışaraq tələbələrə bu layihələrdə iştirak etməyi tövsiyə edib. Prorektor qeyd edib ki, SOCAR-ın bir neçə ildir ki, müntəzəm olaraq həyata keçirdiyi Təqaüd Proqramları gənclərə uğurlu karyera qurmaq üçün əlverişli imkan yaradıb. İsa Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə əlaqəli dövlət proqramlarına uyğun olaraq, gənclərə qayğı məqsədilə SOCAR-ın həyata keçirdiyi təqaüd proqramlarına görə şirkət rəhbərliyinə təşəkkür edib.
Daha sonra şirkətin əməkdaşı Qoşqar Qurbanlı Neft şirkətinin həyata keçirdiyi Daxili Təqaüd Proqramı, Yay Məktəbi Layihəsi və Ödənişli Yay Təcrübəsi Proqramı haqqında tələbələrə ərtaflı məlumat verib. Q.Qurbanlı bildirib ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə Daxili Təqaüd Proqramını həyata keçirir. Təqaüd müsabiqələrinin qalibləri, həmçinin yaxşı nəticə göstərən tələbələr gələcəkdə SOCAR-a işə qəbul zamanı müsabiqədənkənar işlə təmin olunurlar. Qoşqar Qurbanlı Daxili Təqaüd Proqramının şərtləri və müraciət qaydaları haqqında ətraflı məlumat verib və bildirib ki, AzTU-da təhsil alan yüksəkixtisaslı kadrlara şirkətin ehtiyacı var.
Sonda tələbələri maraqlandıran suallar şirkətinin əməkdaşları tərəfindən cavablandırılıb.