Türkiyədə ev almaq istəyən bakılıya 241 min atdılar

Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb. N.Nəzərovun qeyd edib ki, o, 2017-ci ilin avqust ayında Hikmet Süleymana Türkiyədə ev almaq üçün 241 min manat verib. Lakin ötən 6 ayda Türkiyə vətəndaşı evi onun adına rəsmiləşdirməyib. Faktla bağlı araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31