Soyğuçunun digər cinayət əməlləri aşkar edilib
Soyğunçuluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, soyğunçuluq etdiyinə görə tutulmuş Nicat Tahirovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabr-dekabr ayları ərzində 1 əcnəbi vətəndaşın içərisində 300 manat, 20 ABŞ dolları və kredit kartları olan pulqabısını, Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.
20 Fevral 2018 15:56 KriminalSoyğunçuluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, soyğunçuluq etdiyinə görə tutulmuş Nicat Tahirovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabr-dekabr ayları ərzində 1 əcnəbi vətəndaşın içərisində 300 manat, 20 ABŞ dolları və kredit kartları olan pulqabısını, Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.