Yerli problemlərin həlli: Rayonlarda təlim keçirilir

“Tərəqqi” Sosial Tədiqatlar İctimai Birliyi və Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində birgə həyata keçirdiyi “İcmanın yerli problemlərin həllində səlahiyyətlərinin artırılması və yerli idarəetmə ilə əməkdaşlığının gücləndirilməsi” layihəsi davam edir. Layihə çərçivəsində icmanın fəal nümayəndələri üçün bacarıqların inkişafı təlimlərini hədəf rayonlarda keçirilir.

"Tərəqqi" Sosial Tədiqatlar İctimai Birliyi və Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi "Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində birgə həyata keçirdiyi "İcmanın yerli problemlərin həllində səlahiyyətlərinin artırılması və yerli idarəetmə ilə əməkdaşlığının gücləndirilməsi" layihəsi davam edir. Layihə çərçivəsində icmanın fəal nümayəndələri üçün bacarıqların inkişafı təlimlərini hədəf rayonlarda keçirilir. Növbəti təlim 11-12 fevral 2018-ci ildə Saatlı rayonu Əlisoltanlı qəsəbəsində təşkil olunub.

Təlimdə ümumilikdə 15 nəfər olmaqla icmanın fəal nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan "Tərəqqi" STİB-in nümayəndəsi Təranə Cəfərova təlim iştirakçılarına layihə haqqında və bu layihə çərçivəsində keçirilən təlimin məqsəd və əhəmiyyəti haqqında məlumat verib.

Təşkilat təmçilçisi qeyd edib ki, bu layihəni həyata keçirməkdə məqsəd icmaların yerli idarəetmə strukturları ilə əməkdaşlığını daha da yaxşılaşdırmaq və yerli əhəmiyyətli problemlərin müəyyənləşməsi və müvafiq dövlət qurumlarına ünvanlamaq üçün bu kimi təlimlər vasitəsilə fəal icma üzvlərini lazımi bilik və bacarıqlarla təmin etməkdir.

Saatlı rayonunda təşkil olunan 2 günlük təlim zamanı iştirakçılar İcmanın İştirakı ilə İcma Qiymətləndirməsi nəzəriyyəsi, alət və metodları, layihə planlaşdırması, icma liderliyi və təqdimat bacarıqları və ictimai vəkillik mövzusunda bilik və bacarıqlarla təmin olundular.

İnteraktiv mühitdə keçirilən təlimdə iştirakçılar əldə etdikləri icmanın iştirakı ilə icma qiymətləndirməsi aləti və layihə planlaşdırması haqqında bilgilərdən istifadə edərək təmsil etdikləri icmaların ən ümdə problemlərini müəyyən edib, həlli üçün geniş qrup müzakirəsi apardılar. Bundan əlavə, icma nümayəndələri icma liderliyi anlayışı və xüsusiyyətləri, liderin rolu və vəzifələri ilə bağlı geniş məlumatla tanış olublar.

Təlim zamanı iştirakçılar, həmçinin, uğurlu təqdimatın xüsusiyyətləri, uğurlu təqdimat etməyin addımları və həmçinin ictimai vəkillik haqqında bilgilər də əldə ediblər. Təlimlər digər rayonlarda da davam etdiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31