Gündəm

Göyçayın 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

9 Mart 2018 15:53

Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Paytaxtda daha bir küçə yenidən qurulur

9 Mart 2018 15:53

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində daha bir küçədə təmir-tikinti işləri aparır.

Dələduz həm də soyğunçu imiş

9 Mart 2018 15:48

Dələduzluq etdiyinə görə tutulmuş Bakı şəhər sakininin soyğunçuluq etdiyi də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Xəyal Əliyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 5-də Bakı şəhər sakini Yadigar Əhmədovun mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib. Araşdırma aparılır.

Avtomobildən telefon oğurlayan tutulub

9 Mart 2018 15:47

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 7-də Binəqədi rayonu ərazisində “Mitsubishi” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Emil Məstanov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Özəl klinikalar vətəndaşları necə tora salırlar?

9 Mart 2018 15:36

Azərbaycanda fəaliyyət göstərən özəl klinikalar əlavə qazanc əldə etməkdən ötrü min cür fırıldağa əl atrılar. Ən acınacaqlısı odur ki, öz məqsədlərinə nail olmaq üçün vətəndaşları aldatmaqdan belə çəkinmirlər.

Deputat: "Azərbaycan ictimaiyyəti dəfələrlə ATƏT DTİHB-nin qeyri-obyektiv fəaliyyətinin şahidi olub"

9 Mart 2018 15:34

"Azərbaycanda indiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkiləri beynəlxalq təşkilatlar tərəfindən demokratik inkişaf yolunda növbəti addım kimi qiymətləndirilib, lakin bəzi təşkilatların fərqli, qərəzli yanaşmalarının da şahidi olmuşuq".

Türkiyə ordusu Afrində finala yaxınlaşdı – NATO TƏŞVİŞDƏ

9 Mart 2018 15:26

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb. Birliklər həmçinin, Afrinlə Azezi içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib.

İŞİD-in 22 səhra komandiri məhv edilib

9 Mart 2018 15:23

İraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib. Məlumata görə, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.

Saakaşvili tərəfdarları Kiyevdə mitinq keçirir: Poroşenko istefaya getsin!

9 Mart 2018 15:22

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubenatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə mərkəzi parkların birində mitinq keçirir. Məlumata görə, aksiyaya yığılan 200-ə yaxın etirazçı prezident Pyotr Poroşenkonun, baş prokuror Yuri Lutsenkonun istefaya yollanmasını və antikorrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Abonentlərin sayı 2 113 849-a çatıb

9 Mart 2018 15:15

Cari ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionlar üzrədir. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

AzTU-da qanvermə aksiyası keçirilib

9 Mart 2018 15:14

Azərbaycan Texniki Universitetində (AzTU) 10 Mart - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, aksiyada AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov da iştirak edib.

Ölkənin sosial müdafiə sisteminin gücləndirilməsi təmin edilib

9 Mart 2018 15:12

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətin iqtisadi qüdrətini gücləndirməklə yanaşı, əhalinin rifah halının da yaxşılaşdırılmasına xidmət edir. Başqa sözlə, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf dinamikası əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn güclü sosial siyasətlə tamamlanır.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən demokratik dövləti idi

9 Mart 2018 15:11

Bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılması sözün həqiqi mənasında tarixi hadisə idi. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan üçün XX əsrin əvvəlləri də əlamətdar hadisələrlə zəngin olub. Belə ki, tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi.