Abonentlərin sayı 2 113 849-a çatıb

Cari ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionlar üzrədir. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Cari ilin fevral ayı ərzində SOCAR-ın "Azəriqaz"  İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionlar üzrədir. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 113 849-a çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31