Gündəm

Amerikalı general: “Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər”

9 Mart 2018 16:35

ABŞ Rusiya tərəfindən istən ilən hücuma cavab verə bilər. Bunu Rusiya prezidenti Vladimir Putinin ən yeni silah barədə məlumat verdiyi Federal Məclisə müraciətini şərh edərkən ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının sədri, general Con Hayten deyib. “Biz bütün mövcud təhlükələrə hazırıq və bu heç kimdə şübhə doğurmamalıdır”, - Hayten qeyd edib. General əmin olduğunu bildirib ki, Rusiyanın ABŞ-a qəfil tammiqyaslı hücumundan başqa elə bir edəcəyi hərəkət yoxdur ki, Vaşinqton ona cavab verə bilməsin.

Yeni onlayn tədris modulu hazırlanıb

9 Mart 2018 16:33

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (MİS) tərkibində nazirliyin əməkdaşları üçün yeni onlayn tədris modulu hazırlanıb. Bu formada ilk təlim nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (MİS) funksional imkanlarına və alt sistemlərinə aid olub.

Gənc alim “Qeyri üzvü kimya” jurnalının redaksiya heyətinə üzv, həmçinin beynəlxalq elmi konfransa rəyçi seçilib

9 Mart 2018 16:31

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının (Cambridge Scholars Publishing) “Qeyri üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin üzvü seçilib.

Regionların sosial-iqtisadi inkişafı bütün istiqamətlərdə dinamik inkişafa səbəb olub

9 Mart 2018 16:24

Artıq üçüncüsü başa çatmaqda olan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilərək qarşıya qoyulan nətiucələrə nail olunub. Hər bir region üçün spesifik sahələrin müəyyən edilib həmin sahələrin inkişaf etdirilməsi regionun inkişafına öz müsbət təsirini göstərib. Əgər şimal zonasında əsasən meyvəçilik inkişaf etdirilibsə, cənubda sitrus meyvələri, Aran zonasında pambıqçılıq öz inkişaf dövrünü yaşayıb. 

Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb

9 Mart 2018 16:22

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” xəbər verir ki, müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər.

BNA-dan daha bir maarifləndirici addım- VİDEO

9 Mart 2018 16:20

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarının əlilliyi olan şəxslər üçün əlçatan edilməsi layihəsinə dair maarifləndirmə işlərini davam etdirir. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, bu çərçivədə hazırlanan növbəti videoçarxı təqdim edirik.

Bakteriya aşkarlanmış toyuqlar Azərbaycan üçün təhlükə yaradır?

9 Mart 2018 16:14

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Rusiyada təhlükəli listeriya ST6 bakteriya aşkar olunduğu "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsullarının ölkəmizə idxalı ilə bağlı məsələyə aydınlıq gətirib.

Azərbaycanlı aktyorun həyat yoldaşına aldığı hədiyyəni oğurladılar — VİDEO

9 Mart 2018 16:13

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib. Məlumata görə, aktyorun 8 Mart-Beynəlxalq Qadınlar Günü üçün ailə üzvlərinə aldığı hədiyyəni ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq oğurlayıblar. E.Hacıbabayev əməkdaşımızla söhbətində faktı təsdiqləyib: "Hadisə Binəqədi rayonu, Naxçıvani küçəsi 33 B ünvanında baş verib. Ötən gecə həyat yoldaşım üçün aldığım hədiyyəni avtomobilimin şüşəsini sındıraraq oğurlayıblar". 

Porno saytlara telefonla girənlərə bəd xəbər — Şəxsi məlumatlarınız ələ keçirilir

9 Mart 2018 16:11

İngiltərədə təhlükəsizlik şirkəti tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb. Nəticələrə əsasən, mobil telefon vasitəsilə porno saytlara daxil olmaq böyük riskə səbəb olur. Porno saytların dörddə biri bu saytlara daxil olan şəxslərin şəxsi məlumatlarını ələ keçirən proqramlarla doludur.

Cin: "Rəqsanədən üzr istədim”- VİDEO

9 Mart 2018 16:07

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı reperCeyun Zeynalov (Cin) olub. Cin müğənni Rəqsanə ilə aralarında yaşanan mahnı qalmaqalından danışıb: "Bu mahnı yeni il şənliyi üçün yazılmışdı.

Türkiyə İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır

9 Mart 2018 16:04

Türkiyə İraqla PKK-ya qarşı birgə əməliyyatlara başlamaq barədə danışıqlar aparır. Məlumata görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. Baş nazir deyib ki, PKK terror təşkilatı region üçün böyük təhdiddir. O qeyd edib ki, regionun bütün ölkələri terrorizmlə mübarizəni gücləndirməlidirlər.

80-dən çox əcnəbi deputat Şəhidlər xiyabanını ziyarət etdi

9 Mart 2018 15:58

Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komisiyalararası beynəlxalq futbol turnirinin iştirakçıları martın 9-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.“Olaylar” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

"Heç vaxt rəngli pencək geyinmərəm" - Meyxanaçı Vüqar

9 Mart 2018 15:56

“Heç bir zaman efirə rəngli pencək geyinmərəm”. Məlumata görə, bu sözləri “APA TV”-nin “Show time” verilişinə qonaq olan meyxanaçı Vüqar Əbdülov deyib. O bildirib ki, rəngli geyim onun xarakterinə uyğun deyil: “Ola bilər ki, hansısa tədbirin ssenarisinə uyğun rəngli geyim geyinə bilərik.

Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq…

9 Mart 2018 15:54

Dağıdıcı müxalifət mövsümi xarakter daşıyan mitinqlər və aksiyalara başlamaqları ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə "cuşə" gələrək, mitinq keçirmək istəyirlər.