Bakteriya aşkarlanmış toyuqlar Azərbaycan üçün təhlükə yaradır?

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Rusiyada təhlükəli listeriya ST6 bakteriya aşkar olunduğu "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsullarının ölkəmizə idxalı ilə bağlı məsələyə aydınlıq gətirib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Rusiyada təhlükəli listeriya ST6 bakteriya aşkar olunduğu "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsullarının ölkəmizə idxalı ilə bağlı məsələyə aydınlıq gətirib. Xidmətin mətbuat katibi Yolçu Xanvəli deyib ki, Azərbaycan Türkiyə, Ukrayna, Gürcüstanla yanaşı, Rusiyadan da toyuq və toyuq məhsullarını idxal edir. Lakin Rusiyadan idxal edilən məhsulların arasında "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsulları yoxdur. Y.Xanvəlinin sözlərinə görə, Azərbaycana daxil olmuş bütün məhsullar satışa çıxarılmamışdan əvvəl yoxlanılır və keyfiyyətində problemlər aşkarlanmış məhsulların satışına icazə verilmir.

Qeyd edək ki, listeriyaya yoluxma insanda bəzi xəstəliklərin yaranmasına, hətta onun ölümünə də səbəb olur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31