Gündəm
Bakıda ana qızları ilə oğurluq etdi - Mağaza görüntüləri yaydı
Paytaxtda fəaliyyət göstərən "Nə alsan 1 manat" mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib. Hadisə bu gün mağazanın Nərimanov filialında yaşanıb. Belə ki, alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq götürmək istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıdaca saxlanılıb. Oğurluq edən şəxslər polis bölməsinə aparılıb.
Hindistanda evtanaziyaya icazə verildi
Hindistan Ali məhkəməsi müalicəsi mümkün olmayan xəstələrin passiv evtanaziya hüququnun olması barədə qərar verib. Məlumata görə, məhkəmənin qərarında deyilir ki, hər bir şəxs müalicə kursunu keçib-keçməyəcəyi və ya öz həyatının təminat sistemləri vasitəsilə dəstəklənməməsi barədə qərar qəbul etməkdə tam sərbəstdir.
Səməd Seyidov AŞ PA-nın komitə iclasına gedir
Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament (AŞ PA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək.
Azərbaycanda DƏHŞƏT: 3 manata görə qadının başını kəsib, evini yandırdı - TƏFƏRRÜAT
Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Gəncə şəhəri Nəriman Nərimanov prospektində Natella Katiblini amansızlıqla öldürən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü məlum olub.
Dağıstanda qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib
Dağıstanın Tlyarta kəndində baş verən qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Rusiya KİV-ləri yazır ki, bu barədə Dağıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Bir gündə 6 üzvü ölən ailə ilə bağlı YENİ XƏBƏR
Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Gültəkin Hacıbəylinin mülklərinin SƏNƏDLƏRİ
Keçmiş deputat, hazırda müxalifət düşərgəsində olan Gültəkin Hacıbəyli ilə bağlı maraqlı məlumat yayıb. Saytın xəbərinə görə millət vəkili olduğu dövrdə G. Hacıbəyli dəyəri milyon manatlarla ölçülən çox sayda mülk ələ keçirib. Xəbərə sözügedən əmlakların mülkiyyət sənədlərinin surəti də əlavə olunub.
Milyonerin ölümünə səbəb olan içki – Şirkəti bağladılar
XX əsrin əvvəllərində radioaktiv maddələrin zərərli təsirləri insanlara məlum deyildi. Hətta bəzi alimlər bu maddələrin insanlar üçün xeyirli olduğunu deyirdi. Bir çox şirkətlər öz məhsullarında bu maddələrdən istifadə edirdi.
FİFA Türkiyə klubunu cəzalandırdı
FİFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb. Dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın "Trençin" klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb. Belə ki, "Trençin" 2016-cı ildə, Matus Beronun transferi zamanı "Trabzonspor"un kluba ödəmədiyi 250 min avroya görə FİFA-ya müraciət etmişdi.
Sevgilisinə başqa kişiylə yatmağı təklif etdi: "Yox" cavabı aldı, onu döydü
İstanbulda fəaliyyət göstərən hakim A.B. başqa kişinin eyni anda onlarla intim münasibətdə olmaq təklifini rədd edən qadın tanışını döyüb. A.B. sevgilisinə "Gəl mənim evimə gedək. Üçümüz bir yerdə olaq" təklifi edib.
8 qadına təcavüz edən aktyorun cəsədi tapıldı
Tanınmış aktyorun evindən cəsədi tapılıb. Adı təcavüz qalmaqallarında hallanan Cənubi Koreyalı aktyor Jo Min-ki-nin cəsədini onun xanımı tapıb və polisə xəbər verib. 52 yaşlı aktyorun ölüm səbəbi bilinmir. Onun intihar etdiyi düşünülür.
Fəhlələrlə cinsi əlaqədə olub, uşaq doğmağı təklif edilmişdi - Model sükutu pozdu - VİDEO
Seda Sayanın "Süni mayalanma nədir? Get fəhləylə ol. Onlar da insandır" sözlərinə canlı yayımda səs çıxarmayan model Ece Gürsel sükutu pozub. Ece verilişdə o mövzuya görə bütün pərəstişkarlarından üzr istəyib. Model Seda Sayanın bu sözlərindən sonra efirdə şoka düşdüyünü deyib.
Sabahdan Ermənistanda yeni kütləvi etirazlar başlayır
Martın 10-dan başlayaraq Ermənistanda etiraz aksiyaları keçiriləcək. Bu barədə "Miras" partiyasının sədri Armen Martirosyan açıqlama yayıb. Müxalif partiya sədri bildirib ki, itaətsizlik aksiyaları ölkəni böhran vəziyyətinə salan hakim rejimin dəyişdirilməsinə yönələcək. Çox güman ki, aksiyalar bir neçə gün davam edəcək.
Ərdoğan 200 min suriyalı qaçqını Afrinə qaytaracaq
Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər: "Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər".
Bakıda fotostudiyalar niyə kütləvi şəkildə bağlanır?
Bakıda yerləşən fotostudiyalar kütləvi şəkildə bağlanır. Əvvəllər qarşısında böyük növbələr olan bu obyektlərin çoxunun qapısı qıfıllıdır. Qalanları isə fəaliyyət istiqamətini dəyişərək dövrün tələbinə uyğunlaşıb. Məsələn, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən 10-dan çox belə fotostudiya geyim mağazası, daşınmaz əmlak satışı ofisi, lombard kimi fəaliyyət göstərir.














