Ərdoğan 200 min suriyalı qaçqını Afrinə qaytaracaq

Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər: "Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər".

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Türkiyənin sayı 3 milyon nəfəri ötən suriyalı qaçqınları öz vətənlərinə qaytaracağını bildirmişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31