Gündəm
Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor rütbəsi verib
Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Şirvanda yol çöküb
Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb. Məlumata görə, Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.
Hollandiyadan Türkiyəyə qarşı daha bir addım
Hollandiya hökuməti Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahinin Deventer şəhərinə səfərinə icazə verməyib. Hollandiya hökumətinin xəbərdarlığından sonra rəsmi Ankara Fatma Şahinin bu ölkəyə səfərini təxirə salıb.
FHN Qəbələdə məktəbdə baş verən yanğın barədə məlumat yayıb
Martın 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib. Məlumata görə, yanğın barədə ilk məlumat FHN-in Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub.
Azərbaycan-İran əlaqələri müzakirə edilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Səhiyyə, müalicə və tibbi təhsil nazirinin 1-ci müavini İrəc Hərirçi ilə görüşüb.
İşəgötürənlərə əmək haqqının ödənilməsi barədə məlumat verilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair növbəti məlumatlandırma tədbiri kimi, Abşeron rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda seminar keçirib.
Lənkəranda və Şəkidə treninqlər keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın formalaşdırılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması və s. barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti İrana gedir
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar
Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Elmar Məmmədyarov Gürcüstanın müdafiə nazirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə etdi. İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırdı.
“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçiriləcək
Martın 12-də, saat 11:00-da “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçiriləcək.
Qazaxıstanlı məşqçi: "Biz Bakıdan medallarla ayrılmağa ümid edirik "
Qazaxıstanın kişi idman gimnastikası üzrə milli komandası Bakıdan medallarla ayrılmağa ümid edir. Bunu komandanın baş məşqçisi Aleksandr Kim deyib. Baş məşqçi qeyd edib ki, Bakıdakı yarışlara 3 gimnast gəlib və onlardan biri Melburnda keçirilmiş Dünya Kuboku mərhələsinin qalibidir:
ABŞ 3 terrorçunun başına 11 milyon pul qoydu - Siyahı
ABŞ Pakistanın “Təhrik-i Taliban Pakistan” terror təşkilatının rəhbəri Molla Fəzlullahın başına 5 milyon dollar mükafat təyin edib. Bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Departament Molla Fəzlullahla bərabər, “Camaat ül-Əhrar”ın rəhbəri Abdulla Vali və “Ləşkəri-İslam”ın rəhbəri Manqala Baqxa barədə informasiyaya da mükafat təyin edib. Bu şəxslər haqqında informasiyaya görə 3 milyon dollar mükafat vədi verilib.
Şöbə müdiri: "Azərbaycanda böyrək alqı-satqısı yoxdur"
"Son 10 ildə Azərbaycanda böyrək alqı-satqısı faktı qeydə alınmayıb". Bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib: "Azərbaycanda son 10 ildir ki, xəstələrə böyrək köçürülür. İnsanlar böyrəklərin alqı-satqısı haqda çox danışırlar, lakin danışılanların heç bir əsası yoxdur. Heç bir tibb mərkəzində belə bir əməliyyat icra olunmayıb. Azərbaycan vətəndaşları Pakistanda, İranda, Türkiyədə öz böyrəklərini könüllü kiməsə verə bilirdilər. Lakin ölkəmizdə belə bir fakta rast gəlinməyib".
Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılır
Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.














