Gündəm
Buffon fikrini dəyişdi - karyerasını bitirir
"Yuventus"un qapıçısı Canluici Buffon karyerası ilə bağlı vacib qərar qəbul edib. 40 yaşlı qolkiper mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb. İtaliya millisinin sabiq üzvü bir müddət öncə daha bir il oynamaq istədiyini söyləsə də, karyerasını davam etdirmək fikrində olmadığını bildirib.
Böyrəklərə daş yığan qidalar...
Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır. Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.
Allergiya ilə soyuqdəyməni necə ayırd edək?
Yazın gəlişi ilə bir çox insanlarda allergiyanın əlamətləri meydana çıxır - zökəm, asqırma, öskürək, qözlərin, burunun qaşınması və s. Bəzən insanlar allergiyanın əlamətlərini soyuqdəymə kimi qiymətləndirərək lazım olmayan və effektsiz müalicələrə əl atır.
Yüz minlərlə poçt serveri təhdid altındadır
İnternetdə işləyən poçt serverlərinin 50%-dən çoxu “Unix” əməliyyat sistemlərində istifadə edilən “Exim” mesaj agentində aşkar edilmiş kritik boşluq səbəbindən təhdid altındadır. Poçt serverlərində işləyən bu proqram təminatı elektron mesajların ötürülməsinə cavabdehdir. 2017-ci ilin martına olan məlumata görə, internetdə 500 mindən çox aktiv “Exim” serveri fəaliyyət göstərir, həmin ilin noyabrında isə onların sayı bir neçə milyonadək artıb.
“3D” çap funksiyalı ilk dron təqdim olunub
Çinin “DediBot” şirkəti “Fly Elephant” adlı uçan üçölçülü printer – quraşdırılmış “3D” çap funksiyasına malik pilotsuz uçan aparat yaradıb.
“Samsung” holoqrafik virtual köməkçi konseptini nümayiş etdirib
Cənubi Koreyanın “Samsung” şirkəti “C-Lab” eksperimental laboratoriyasının əməkdaşları tərəfindən süni intellekt sahəsində hazırlanan bir neçə layihə haqda məlumat verib. Belə layihələrdən biri virtual ev köməkçisidir.
“Android” sisteminin yeni versiyası vaxtından əvvəl təqdim edilib
Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının maaşlarını artırdı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
7 min illik sirr ortaya çıxıb - FOTOLAR
Qaxda keçirilən F1 simulyator yarışında 11-ci sinif şagirdi fərqlənib
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında regionlarda “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Qax yarışı baş tutub.
Əl-ələ tutmaq ağrını azaldır - Araşdırma
Amerikada aparılan bir araşdırmaya görə, cütlüklər əl-ələ tutmaqla bir-birlərinin fiziki ağrılarını azalda bilirlər. Elm adamları toxunmaqla keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub.
Alişana danışmaq qadağan olundu
Müğənni Alişan aktrisa sevgilisi Buse Varolla kafedə görüntülənib. İfaçı müxbirlərin suallarını cavablandırmaqdan imtina edib. Onun yerinə isə sevgilisi Buse danışıb.
Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Anlaşma Memorandumunu təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti Daxili Qoşunların hərbi qulluqçularını təltif edib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Şəmsəddin Heydərova "Əməkdar həkim" fəxri adı verib
Prezident İlham Əliyev Şəmsəddin Heydərova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.












