Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Anlaşma Memorandumunu təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında 2017-ci il noyabrın 10-da Rabat şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Sənəddə qeyd edilir ki, fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına bildiriş göndərməlidir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31