Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının siyasi və iqtisadi prioritetləri- ÖZƏL

ŞƏT+ formatının imkanları və perspektivləri
       
            Müasir dünyada beynəlxalq münasibətlər sistemində regional və hərtərəfli əmakdaşlıq təşkilatlarının rolu getdikcə daha da artır. Məhz bu baxımdan dövlətlər siyasi, iqtisadi,  təhlükəsizlik, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlıgın  inkişaf etdirilməsi məqsədilə beynəlxalq tədbirlərdə cıxış edirlər. Belə beynəlxalq təşkilatlardan biridə məhz Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT) ki, materikin Avrasiya məkanında ən mühüm və coxtərəfli əməkdaşlıq platformalarından biri kimi clxış edir. Bu təşkilatın fəaliyyətinin geniş olmasına baxmayaraq və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərində bizim dövlətimiz  ücün əsas prioritet  istiqamət nəqliyyat və logistika, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq məsələləri əhəmiyyətli şəkildə önəm daşıyır.Azərbaycanın yerləşdiyi cografi mövqeyi ölkəmizi Şərqlə Qərb arasında önəmli tranzit və komunikasiya mərkəzinə cevirir, və belə bir əlverişlı şəraitdə Azərbaycan dövləti öz maraqları cəcivəsində təbbi ki, Şanxay Əməkdaşlıq Təşkilatının  (ŞƏT +) dövlətlər platformasında əməkdaşlıgını qacılmaz edir.  
       Şanxay Əməkdaşlıq Təşkilatının  əsasının "Şanxay Beşliyi " kimi fəaliyyətə başlaması və əsas məqsədinin dövlətlər arasında sərhəd və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı etimadın etibarlı tərəfadaşlıga cevrilməsi idi.Sonrakı illərdə Özbəkstanın bu təşkilata qoşulmasi ilə yanaşı 2001- ci ildən Şanxay Əməkdalıq Təşkilatı (ŞƏT) rəsmi şəkildə yaradıldı. Daha sonrakı illərdə təşkilatin cografiyası  genişlənməyə başladı və böyük siyasi -iqtisadi və təhlükəsizlik platformasına cevrildi.
         Azərbaycan "ŞƏT"-in dioloq tərəfdaşı statusundadir və ölkəmizin əsas maraqları arasında nəqliyyat və logistika, enerji, ticarət, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri xüsusi önəm daşıyır. Nəzərə alsaq ki,strateji mövqeyimiz yerləşdiyimiz cografiyada Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır,Beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir və Xəzər dənizi vasitəsilə enerji resurslarına cıxışı var,deməli ölkənin bu yerləşimi regional ticarət və enerji axınlarında mühüm əhəmiyyətli yerə sahibdir. 
         Ölkəmizin ŞƏT Plyus formatında iştirakı Azərbaycanın coxtərəfli diplomatiyasının genişləndiriməsi baxımından cox vacib və əhəmiyyətlidir.Azərbaycan dövləti bu platformada özünün regional və beynəlxalq təşəbbüslərini təqdim etmək, Şanxay Əməkdaşlıq Təşkilatının dövlətləri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirməklə yanaşı yeni əməkdaşlıq imkanlarini inkişaf etdirə bilər. Ölkəmizin ŞƏT Plus formatindakı ən böyük üstünlüklərindən biri Şərqlə Qərb arasında yerləşən nəqliyyat govşagında olmasıdır.
            Məhz bu baxımdan  Azərbaycanın təşəbbüs və iştirak etdiyi əsas regional lahiyələrdən biri Orta Dəhliz marşurutu  daha cevik və rahat  balanslı secim kimi cıxış edir. Bildiyimiz kimi bu marşurut Mərgəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya və Avropa arasında əlaqə yaradır. Orta Dəhlizin inkişaf etdirilməsi ŞƏT ölkələri ücün də bu baxımdan  əhəmiyyətlidir,ona görə ki,Cin və Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Avropa istiqamətində daşınması ücün alternativ logistik imkanlar yaradır.Məhz bu baxımdan Azərbaycan yalnız tranzit ölkə kimi deyil,o həmdə regional logistika mərkəzi kimi cıxış edir. 
       Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı Plus  ilə münasibətlərində enerji əməkdaşlıgının inkişafında da mühüm tərəfadaş ola bilir. Azərbaycanın neft-qaz ehtiyatları,enerji infrastrukturu və beynəlxalq enerji lahiyələrində  iştirakı ölkənin regional enerji təhlükəsizliyində rolunu daha da artırır. Azərbaycanda bərpa olunan enerji potensialı, xüsusilə Xəzər dənizinin külək enerjisi imkanları gələcək ücün yeni istiqamətlər yaradır. Bu sahədə əlaqələrin qurulması və genişləndirilməsi həm Azərbaycanın  iqtisadi inkişafına, həm də regionun enerji təhlükəsizliyinə təsir göstərə bilər. Azərbaycan dövlətinin bu toplantıdakı iştirakı ,olkəmizin hərtərəfli xarici siyasətini,Mərkəzi Asiya Dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsini,nəqliyyat və tranzit imkanlarının genişləndirilməsini regional sülhün möhkəmləndirilməsi və beynəlxalq təşkilatlarda nüfuzunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 
      Zəngin karbohidrogen ehtiyatlarına malik olan  Azərbaycan, regionun aparıcı enerji ixracatçılarından birinə çevirmiş və ölkənin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında iştirakını əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə Xəzər hövzəsində yerləşən neft və qaz yataqlarının istismara cəlb edilməsi Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiya prosesini sürətləndirmiş, ölkənin dünya iqtisadi sistemində mövqeyinin möhkəmlənməsinə əlverişli şərait yaratmışdır.     Enerji resurslarının hasilatı və ixracı ilə bağlı həyata keçirilən iri transmilli layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıraraq onu regional və beynəlxalq əməkdaşlıq münasibətlərində strateji tərəfdaş kimi ön plana çıxarmışdır. Eyni zamanda enerji diplomatiyası Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birinə çevrilərək ölkənin beynəlxalq təşkilatlarda və regional siyasi proseslərdə təsir imkanlarının genişlənməsinə şərait yaratmışdır. 
 
      Bildiyimiz kimi sentyabrın 1-də Qırgızıstanın paytaxtı Bişkek şəhərində "ŞƏT Plyus" formatında cıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki,Azərbaycan və Ermənistan sülh sazişinin mətnini və 30-illik münaqişəyə son qoyulması istiqamətində mühüm addım atılıb və Azərbaycan Cənubi Qafqazın münaqişə zonasından sülh və əməkdaşlıq zonasına cevrilməsini əsas məqsədlərdən biri kimi təqdim edir. Prezidentin bu cıxışında məlum məqamlar ondan ibarətdir ki,BMT-nin bu münaqişədə hec bir müsbət rolu olmamış və Azərbaycan və Ermənistan  dövlətləri öz aralarında olan münaqişəni geridə qoymuşlar.Artıq bu gün  onlar qarşılıqlı tıcarət və logistik imkanlarını genişləndirirlər.
       Azərbaycan dövləti öz xarici iqtisadi siyasətini ikitərəfli və coxtərəfli əməkdaşlıq mexanizimləri vastəsilə həyata kecirir.Şanxay Əməkdaşlıq Təçkilatı (ŞƏT), Türk  Dövlətləri  Təşkilatı,Avropa ittifaqı və digər beynəlxalq platformalarda əməkdaşlıq və iqtisadi əlaqələrini daim genişləndirir.ŞƏT platformasında ölkəmizin əsas maraqları nəqliyyat,enerji,ticarət ,investisiya və humanitar əməkdaşlıq istiqamətində əlaqələrin genişləndirilməsidir. Ölkəni xarici iqtisadi  siyasətində nəqliyyat dəhlizlərinin inkişafı,tranzit imkanlarının genişləndirilməsi və logistik əlaqələrin artırılması əsas istiqamətlərdəndir.Bunlarla yanaşı enerji resurslarının ixracı Azərbaycanın xarici iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən biridir.
      Azərbaycan dövləti son illərdə həyata kecirilən iri lahiyələrdə tranzit imkanlarını əhəmiyyətli şəkildə genişləndirmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - Xəzər dənizi üzərindən yük daşımalarının əsas mərkəzi ,Bakı-Tbilisi-Qars dəmir yolu - Avropa ilə Asiyanı birləşdirən əsas quru bağlantı ,Müasir avtomobil magistralları və logistika mərkəzləri multimodal daşımaların effektiv təşkilinə imkan yaratmışdır.  Beynəlxalq nəqliyyat marşurutu kimi Orta Dəhliz ,Xəzər dənizi üzərindən Avropa ilə Asiyanı birləşdirən mühüm logistik transmilli  nəqliyyat yoludur.Bu dəhlizin əsas iştirakcı dövlətləri Azərbaycan, Gürcüstan, Qazaxstan, Türkiyə və Cin olmaqla yanaşı Özbəkstan, Türkmənstan,Ruminya, Bolqarstan, Ukrayna və Polşa kimi dövlətlərdə bu  lahiyələrdə həm iştirakcı, həmdə maraqlı tərəf kimi cıxış edirlər.Orta Dəhliz  tranzit ölkə kimi Azərbaycan iqtisadiyyatında Dövlət büdcəsinə əlavə gəlirlər yaradır ,Yeni iş yerlərinin açılmasına səbəb olur və Qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Mövcud tendensiyalar fonunda Orta Dəhliz yalnız alternativ deyil, gələcəyin əsas ticarət marşrutlarından biri kimi formalaşır.

Fuad Bədirov
İqtisad elmləri üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31