İndoneziyanın hava limanları vulkan püskürməsi səbəbindən bağlanıb

Anak-Krakatau vulkanının püskürməsinin fəsadları İndoneziyada, paytaxt hava limanı və Bali adasındakı aeroport da daxil olmaqla, azı altı hava limanında reyslərin təxirə düşməsinə, iş rejimində fasilələrə və müvəqqəti bağlanmaya səbəb olub.Bu barədə İndoneziya aviasiya qurumlarının məlumatında bildirilir.Xüsusilə, Cakarta yaxınlığındakı Sukarno-Hatta beynəlxalq hava limanı və Balidəki Nqurah Ray adına beynəlxalq hava limanı müvəqqəti olaraq bağlı qalır.

Həmçinin ölkənin digər aeroportlarında onlarla reysin vaxtının dəyişdirildiyi və ya ləğv edildiyi bildirilib. Bu, ilk növbədə kül yağıntıları ilə əlaqədardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31