Gündəm
Bunu etmək insanda xəstəlik yaradır - 5 TƏHLÜKƏ
İnsan orqanizmini sağlam saxlayan faktorlardan biri də ehtiyac duyulan anda ayaqyoluna getməkdir. Xüsusən də sidik ifrazı zamanı bədəndə olan bütün zəhərli maddələr tökülür. Sidik ifrazını gecikdirmək nəinki sidik kanallarını, kisəsini eləcə də bütün orqanizmi zədələyir. Sidik ifrazatı gecikdirilərsə, qadınlar bu xəstəliklərlə üz-üzə qala bilərlər.
9 yaşlı Yusif 6 yaşlı bacısını GÜLLƏLƏDİ - DƏHŞƏT
9 yaşlı uşaq Yusif ov tüfəngi ilə bacısını vurub. Atasının ov tüfəngi ilə oynayan 9 yaşlı B.Yusif ehtiyatsızlıqdan 6 yaşlı bacısı B.Zeynəbi vurub. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisə Türkiyənin Aydın adlanan bölgəsinin Qaraca rayonunda baş verib. Xəstəxanaya çatdırılan qız təcili əməliyyata alınıb. Həyati riskinin olmadığı bildirilib.
Murad Mervenin izlərini bir-bir yox edir
Ötən ilin sentyabrda 2 illik həyat yoldaşı, aktrisa Merve Boluğurdan boşanan müğənni Murad Dalkılıç onunla bağlı xatirələri də silmək qərarına gəlib. Murad əvvəlcə keçmiş xanımı ilə birgə yaşadığı Acarkentteki evindən Çubuklu Vadi Konaklarında yerləşən yeni evə köçüb.
Ermənistanlı nazir Sarkisyanı "yıxıb-sürüdü": "Əxlaqını itirmiş..."
“Artıq uzun zamandır ki, Serj Sarkiyan hökuməti ölkə üçün heç bir məsələni həll etmir” Bu sözləri Ermənistanın sabiq daxili işlər naziri Aşot Manuaryan deyib. O bildirib ki, Sarkisyan hökuməti artıq heç bir məsələni həll etmək iqtidarında deyil: “Serj Sarkisyan hər hansı mövzuda və hər hansı qərarların qəbul edilməsi lazım olanda o, artıq bir fikir sahibi deyil. Bir sözlə hökumətdə bütün səaliyyətini itirmiş haldadır.
2 hərbçi həlak oldu - Dağıstanda
Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb. Hadisə Qerqa qəsəbəsində qeydə alınıb.
Opera və Balet Teatrının solisti Belarusda çıxış edəcək
Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, Əməkdar Artist Afaq Abbasova martın 13-də Minskdə çıxış edəcək. Olaylar.az bildirir ki, həmyerlimiz Belarusda P.Maskanyinin “Kənd namusu” operasında Santutsa rolunda çıxış edəcək.
“Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi
Martın 15-da Bakı Xətai Sənət Mərkəzində uşaqlar arasında “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə 165 uşağın 182 rəsm əsəri nümayiş olunacaq.
Vergi idarəsinə bomba yerləşdirildi
Türkiyə paytaxtında yerləşən Ankara Vergi İdarəsinin binasına partlayıcı qurğunun yerləşdirilməsinin yeni görüntüləri üzə çıxıb. Türkiyənin Polis Baş İdarəsi və Ankara Polis İdarəsi ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə əsaslanaraq şübhəli şəxsin özü ilə gətirdiyi çantanı vergi idarəsinin girişinə qoyduğunu açıqlayıb. Həmin video bu gün internetə yerləşdirilib.
İYRƏNCLİK: İnsanlar dənizi plastik qablar dənizinə çevirdi
Britaniyalı dayver Hind okeanı sularının vəziyyətini araşdırıb. Bali akvatoriyasında vəziyyət kritik həddə çatıb. Burada dəniz məhsullarından çox tullantı məhsullarına rast gəlmək olur.
Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlandı
Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, yazın gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edəcək.
Bilik Fondu Yaponiya Baş nazirinin müşavirini tələbələrlə görüşdürdü
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib. Olaylar.az bildirir ki, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki Səfirliyi və Azərbaycan Diplomatiya Akademiyası Universitetinin (ADA Universiteti) birgə təşkilatçılığı ilə “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda təşkil olunan tədbiri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş sözü ilə açaraq, qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib.
Texniki peşə məktəblərində maarifləndirmə tədbirləri
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə martın 9-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Olaylar.az bildirir ki, mərkəzin direktoru Qalib Həsənov təlim-tədris müəssisəsinin əldə etdiyi uğurlardan danışaraq, kollektivdə gənclərin hərtərəfli inkişafına mühüm diqqət yetirildiyini bildirib, bu istiqamətdə Fond ilə Agentliyin əməkdaşlığının davamlı və əhəmiyyətli olduğunu qeyd edib.
MEK -dən III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumunun iştirakçıları üçün şərait
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığıyla 2018-ci ilin 25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) informasiya dəstəyi verdiyi, Amerika, Avstraliya, Avropa və Asiya ölkələrindən iştirakçıların qatılacağı simpoziumun məqsədi türk dünyasının ümumi irsi olan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin öyrənilməsi, qorunması, ona qarşı marağın dirçəldilməsi və müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou təşkil olunacaq.
"Barselona" braziliyalı futbolçunun transferini həll etdi
"Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib."Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək. Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü. Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.
"Real" Neymardan əl çəkmir
"Real" PSJ-nin futbolçusu Neymardan əl çəkmir. Madrid klubu braziliyalı hücumçunu heyətinə qatmaqda israrlıdır. "Real"ın prezidenti Florentino Peresin yayda transfer etmək istədiyi ilk futbolçu məhz Neymardır. O, keçidin baş tutması üçün rekord məbləğdə pul xərcləməyə hazırdır. Belə ki, Peres 26 yaşlı futbolçuya görə qarşı tərəfə 400 milyon avroluq təklif irəli sürüb.














