“Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi

Martın 15-da Bakı Xətai Sənət Mərkəzində uşaqlar arasında “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə 165 uşağın 182 rəsm əsəri nümayiş olunacaq.

Martın 15-da Bakı Xətai Sənət Mərkəzində uşaqlar arasında "Yurdumuza bahar gəlir" adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə 165 uşağın 182 rəsm əsəri nümayiş olunacaq.

Müsabiqənin təşkil olunmasında məqsəd gənc nəsildə milli adət-ənənələrimizə bağlılıq yaratmaqdır. Sərgidə paytaxtla yanaşı, regionlardan olan balaca rəssamların əl işləri də yer alacaq.

Sərgi çərçivəsində, həmçinin qaliblər mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31