Bilik Fondu Yaponiya Baş nazirinin müşavirini tələbələrlə görüşdürdü

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib. Olaylar.az bildirir ki, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki Səfirliyi və Azərbaycan Diplomatiya Akademiyası Universitetinin (ADA Universiteti) birgə təşkilatçılığı ilə “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda təşkil olunan tədbiri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş sözü ilə açaraq, qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib.

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib.

Olaylar.az bildirir ki, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki Səfirliyi və Azərbaycan Diplomatiya Akademiyası Universitetinin (ADA Universiteti) birgə təşkilatçılığı ilə "Yapon diplomatiyası və geosiyasi maraqlar" mövzusunda təşkil olunan tədbiri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş sözü ilə açaraq, qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib.

Prorektor Bilik Fondu ilə birgə maarifləndirici tədbirlərə başladıqlarını qeyd edərək, belə tədbirlərin cəmiyyətin bilikləndirilməsi baxımından yüksək əhəmiyyətə malik olduğunu deyib.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri haqqında danışaraq, Fondun nəzdində fəaliyyət göstərən "Diplomatlar" klubundan söz açıb.

Tədbirdə Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri, Keyo Universitetinin professoru Tomohiko Taniquçi "Yapon diplomatiyası və geosiyasi maraqlar" mövzusunda mühazirə ilə çıxış edib.

Tomohiko Taniquçi ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu kimi görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib.

Professor qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edir. Professor bildirib ki, qarşlılıqlı elmi mübadilələrin mütəmadiliyinə ehtiyac var və konkret layihələr əsasında bu zərurətə cavab vermək mümkündür.

Yaponiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katorinin, Universitetin müəllim və tələbə kollektivinin, Bilik Fondunda fəaliyyət göstərən klub üzvlərinin iştirak etdikləri tədbir dialoq formatında davam edib, qonaqlar iştirakçıların suallarını ətraflı cavablandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31