Gündəm
Teatr dünya turunu başa vurdu
Bu il 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak etdi.
Müğənni qəzaya düşdü: 3 yaralı
Sumqayıt şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ramil Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil şəhərin 4-cü mikrorayonunda 1992-ci il təvəllüdlü müğənni Həmid Sultanın idarə etdiyi "Ford" markalı maşınla toqquşub.
Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib.Olaylar.az bildirir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən vodeoçarxa baxıblar. Tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.
Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada saxlanıldı
Şabranda 18 yaşlı gənci cərəyan vurdu - Qohumları cəsədi qoyub qaçdı
Martın 3-də Şabran rayon Polis şöbəsinə (RPŞ) rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyitinin tapılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalar nəticəsində meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən edilib.
Daşınmaz əmlakda BAHALAŞMA proqnozlaşdırılır
2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak bazarında artım üç faiz olub. Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Azərbaycanda bu şəxslərin maaşı artdı — SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Tramp məhkəmə qarşısında
ABŞ Prezidenti Donald Tramp Tvitterlə bağlı məhkəmə prosesinə çağrılıb. Sosial şəbəkədə onu tənqid və təhqir edici mesaj göndərən istifadəçilərin hesablarını qara siyahıya atması onları qəzəbləndirib. Məhkəmə isə bunun konstitusiya ilə bağlı qarmaqarışıq məsələ olduğunu vurğulayaraq prosesi incəliyəcəklərini bəyan edib.
“Yeddi gözəl” adlı batika sərgisi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Kataloq “Gənclər arasında Multikulturalizm və Tolerantlığın Təbliği” ictimai birliyinin maliyyə dəstəyi ilə çap olunub. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub.
Müstəntiq bədbəxt hadisə nəticəsində öldü - BAKIDA
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb. 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.
MSK bloqerlərə müraciət etdi
V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub
Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak edirlər.
Türklər ayağa qalxdı: Səidə bizi TƏHQİR ETDİ- VİDEO
Azərbaycanlı müğənni Türk mediasının gündəminə onları “qəzəbləndirərək” gəlib. Müğənninin son mahnısı Mövlananın sözlərindən götürülüb. Türkləri qəzəbləndirən məqam isə bu mahnının klub tərzində oxunması, Səidə Sultanın həmin mahnını içkili məkanlarda ifa etməsi olub.
Tillersonun vəziyyəti pisləşdi
Amerikanın dövlət katibi Reks Tillersonun bütün səfərləri təxirə salındı. ABŞ-ın dövlət katibi Afrika ölkələrinə ard-arda səfərə çıxıb. Lakin növbəti Keniyaya planlaşdırdığı səfərin təxirə salınması media nümayəndələrinin diqqətini çəkib.














