Tramp məhkəmə qarşısında
ABŞ Prezidenti Donald Tramp Tvitterlə bağlı məhkəmə prosesinə çağrılıb. Sosial şəbəkədə onu tənqid və təhqir edici mesaj göndərən istifadəçilərin hesablarını qara siyahıya atması onları qəzəbləndirib. Məhkəmə isə bunun konstitusiya ilə bağlı qarmaqarışıq məsələ olduğunu vurğulayaraq prosesi incəliyəcəklərini bəyan edib.
10 Mart 2018 18:13 DünyaABŞ Prezidenti Donald Tramp Tvitterlə bağlı məhkəmə prosesinə çağrılıb.
Sosial şəbəkədə onu tənqid və təhqir edici mesaj göndərən istifadəçilərin hesablarını qara siyahıya atması onları qəzəbləndirib. Məhkəmə isə bunun konstitusiya ilə bağlı qarmaqarışıq məsələ olduğunu vurğulayaraq prosesi incəliyəcəklərini bəyan edib.
Məhkəmədən Trampa mesajlarını bəyənmədiyi izləyicilərdən gələn mesajları səssizə qoya bilmək imkanın olduğu təqdirdə niyə əngəllədiyini soruşub. Tramp isə belə istədiyini deyib. Qara siyahıya atılan 7 nəfər tvitter istifadəçisi isə məhkəmədə öz haqlarını tələb edərək, bunun konstitusiya haqlarına qarşı olub-olmadığını müəyyən etmək istədiklərini bildiriblər.
Hakim məsələ ilə bağlı həm iddiaçıların, həm də prezidentin razı qalacağı qərar qəbul etməkdə çətinlik çəkdiyini bəyan edib.
Ədalət Nazirliyini təmsil edən vəkil Mixail Baer isə deyib ki, Tvitter istifadəçilərini həm qara siyahıya atmaq, həm gələn bildirişlərini səssizə qoymaq prezidentin azad münasibət qurmaqda sərbəstlik hüququndan doğur. Vəkil deyib ki, prezident istədiyi şəxsi qara siyahıya, istədiyini isə səssizə qoymaqda azaddır.
Qeyd edək ki, Tvitter paylaşımları səbəbindən hazırda prezidentlə bağlı məhkəmələrdə 3500 iddia var. Məlumata görə, bu iddiaların 1900-dan çoxu Tramp tərəfindən qaldırılıb.
Publika.az