“Yeddi gözəl” adlı batika sərgisi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Kataloq “Gənclər arasında Multikulturalizm və Tolerantlığın Təbliği” ictimai birliyinin maliyyə dəstəyi ilə çap olunub. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub.
10 Mart 2018 18:11 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Kataloq "Gənclər arasında Multikulturalizm və Tolerantlığın Təbliği" ictimai birliyinin maliyyə dəstəyi ilə çap olunub. Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunub.
Sərgidə giriş sözü ilə Universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək,sərginin özəlliyindən, Şəhla Abbasovanın nəfis şəkildə, yüksək peşəkarlıq, fantaziya, zövqlə Dahi Nizami və onun 7 gözəlini atlas üzərində həkk etdiyini qeyd edib. Daha sonra "Dizayn və dekorativ-tətbiqi sənət" kafedrasının müdiri, professor Arif Əziz çıxış edərək batika sənətinin qədim tarixindən, Şəhla Abbasovanın da bu sənəti çox gözəl şəkildə təmsil etdiyini, bu çətin və məsuliyyətli işin öhdəsindən uğurla geldiyini deyib. Sənətşünas Dilarə Müzəffərli də çıxışında müəllifi təbrik edib, bu layihənin Respublikamız üçün 3 mötəbər tədbirə həsr edildiyini vurğulayaraq, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin açılışında qonaqlara universitetin tələbələrinin iştirakı ilə ədəbi-bədii hissə nümayiş olunub. Bu hissə Aktyor sənəti 3 kurs tələbəsi Məmməd Əlili və SABAH qrupu 4-cü kurs tələbəsi Corc Qafarov tərəfindən təqdim edilib.