Gündəm
Ali Məhkəmənin sədrinin xarici ölkələrə ezamiyyə xərcləri artırıldı
Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 100 faizi həcmində əlavə veriləcək. Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında" qərarında müvafiq dəyişiklik edib.
Azərbaycanda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 27 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.
Vergi Xidmətinin rəhbəri ölü tapıldı
Bakıda yaşayış binasında YANĞIN: 25 nəfər...
Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan mağazanın ümumi sahəsi 10 m2 olan köməkçi otağının yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Türk Ordusu terrorçuların Kürdüstan xəyalı olan XƏRİTƏSİNİ tapdı - FOTOFAKT
“Zeytun budağı” əməliyyatı zamanı Türkiyənin təqribən üçdə birini əhatə edən xəritə ələ keçib. Türkiyə KİV-nə istinadən xəbər verir ki, TSQ və ASO-dan qaçan terrorçuların geridə buraxdıqları “Kürdüstan” xəritəsi türk əsəgərlərinin ayaqları altında yer alıb.
Rusiyada elmə məlum olmayan heyvan tapıldı
Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb. Tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.
Azərbaycan futbolunda qəribə hadisə: Azarkeşlər hakimi stadiondan qovdu - VİDEO
Bu gün Azərbaycanda Regional Liqada qəribə hadisə baş verib. Sabirabadın matç zamanı”Gənclik” komandası ilə Füzuli rayonunum eyniadlı komandası arasında son dəqiqələrində ara qarışıb.
Dəməşqin qəsəbəsi atəşə tutulub, 1 uşaq ölüb, 4 nəfər yaralanıb
Sabah prezident olmaq istəyənlər üçün son gündür
Sabah aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.
Şagirdləri daşıyan avtobus qəza edib - Yevlaxda
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Şagirdləri daşıyan “Vito” markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.
Suriyada yaralanan Türkiyə əsgərlərinin 117-si tam sağaldı
Gəncədə qadın bıçaqlandı
Gəncədə bıçaqlanma olub. Şəhərin Yeni Gəncə qəsəbə sakini 1967-ci il təvəllüdlü Mustafayeva Nazilə qarının kəsilmiş deşilmiş yarası və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
İmişli toyunda dava düşdü - Bir nəfər döyüldü
İmişli rayonunda toyda düşən dava zamanı 1 nəfər xəsarət alıb. Dava bu gün axşam saatlarında rayonun Xəlfəli kəndində qurulan toy çadırının həyətində olub. 1977-ci il təvəllüdlü kənd sakini Məmmədov Ramil Yusif oğlu dava edənləri ayırmaq istəyən zaman döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Məmmmədov dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.
Gömrük işçilərinin maaşı artırıldı
Azərbaycan prezidenti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.














