Rusiyada elmə məlum olmayan heyvan tapıldı

Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb. Tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.

Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb.

Tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.

Ural dağlarının mağaralarında tapılmış heyvanın sümükləri bərpa olunduqdan sonra əvvəlcə onun bizon olduğunu düşünüblər. Lakin sonra bu heyvanın indiki amerikan bizonuna bənzəmədiyini, güman ki, öküz və bizonun hibridindən yarandığını ehtimal ediblər.

Naməlum heyvanı hələlik Bizon-X adlandırıblar. Alimlər bu hibridləşmənin təxminən 120 min il bundan əvvəl baş verdiyini deyirlər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31