Şagirdləri daşıyan avtobus qəza edib - Yevlaxda
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Şagirdləri daşıyan “Vito” markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.
11 Mart 2018 12:06 SosialYevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.
Faktla bağlı araşdırma aparılır.