Gündəm
“Qarabağ” muğam qrupu Beynəlxalq festivalda
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir. Festival çərçivəsində martın 10-da Azərbaycan Milli Konservatoriyasında “Qarabağ” muğam qrupunun konserti olub.
Köpək balığı 69 yaşlı kişiyə hücum çəkdi - VİDEO
Avstraliyada 69 yaşlı kişi ona hücum edən köpək balığından yaxa qurtara bilib. Bu barədə "9news.com.au" nəşri yazıb. Hadisə Viktoriya ştatının Serf Kost Şir vilayətində baş verib. Rob Krossland dənizdə üzərkən 3,5 mertlik köpək balığının kölgəsini görüb.
Prezident nikah şahidi oldu
“Başakşəhər”in şərəfini qoruyan Arda Turan 2,5 ildir birlikdə olduğu Aslıhan Doğan ilə dünya evinə girib. Məşhur futbolçunun nikah şahidi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan olub.
8 ton ot bağlaması yandı
Tərtər rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, rayonun Xoruzlu kəndində həyətyanı sahədə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Məscid yandırıldı
Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb. Axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib. Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.
Rusiyanın Suriyadakı aviabazası hücuma məruz qaldı
Rusiyanın Suriyanın Latakiya vilayətində yerləşən Xmeymim aviabazasına növbəti dəfə hücum olub. Hücum zamanı bomba yüklü pilotsuz uçuş aparatından istifadə edilib. Xmeymim aviabazasındakı hava hücumundan müdafiə sistemi aparatı bazaya çatmamış məhv edib.
Ələt-Astara yolunda AĞIR QƏZA
Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İranda Türkiyəyə məxsus təyyarə qəzaya uğradı: 11 ölü (YENİLƏNDİ)
Erməni qızlarını Bakıya kim göndərir? - Şok faktlar
Rosanna Kapilyan. Bu ad çoxları üçün tanış olmaya bilər. Amma erməni ASALA terror təşkilatının ən fəal üzvlərində biri olan bu qadın Azərbaycanın başına çox bəlalar gətirmişdi. Rosanna Kapilyan kim idi?
İtkin alpinistlərlə bağlı açıqlama - Tapılanadək...
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. "Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı bildirib ki, axtarışlar nəticəsizdir: "Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib”.
Almaniyada iki nəfəri girov götürən azərbaycanlı qadını deportasiya etdilər
Tutularkən polisə müqavimət göstərmiş Azərbaycan vətəndaşını Almaniyadan deportasiya ediblər. Bu barədə alman nəşri "Xaller-Kreysblat" xəbər yayıb. Xatırladaq ki, yanvarın ortalarında Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olmuşdu.
İngiltərədə müsəlmanlarla bağlı inanılmaz çağırış - Məkkəyə atom...
İngiltərədə naməlum şəxslər 3 apreli Müsəlmanların Cəzalandırılması günü elan edib. İngiltərinin bəzi bölgələrinə əhalini müsəlmanları öldürməyə çağıran məktublar göndərilib. Məktubda müsəlmanlara işgəncə vermək üçün müxtəlif variantlar və variantlara uyğun xallar təklif edilib:
Birinci xanımın saatı hərracda
ABŞ-ın birinci xanımı olmuş Jaklin Kennedinin qol saatı hərraca çıxarılıb. Nyu Yorkda "Rockefeller Centre"də hərraca qoyulan saat 750 əyarlı qızıldan hazırlanıb. Vaxtilə bu saatı ona şahzadə Stanislav Radzivil hədiyyə edibmiş.
Ali məktəblərdə imtahana gəlməyən tələbələrə yeni güzəşt
Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.
Yeni doğulan uşağa ŞOK İŞGƏNCƏ - VİDEO
Yeni doğulmuş bir uşağın boğazıbı və başını əlləri ilə sıxan tibb bacısnın görüntüləri sosial mediada gündəm yaradıb. Hadisə Səudiyyə Ərəbistanında baş verib. Səsli videodan tibb bacısının həmkarlarının onun bu qeyri-insani davranışına sərt reaksiya vermək əvəzinə güldükləri aydın olur.














