Ələt-Astara yolunda AĞIR QƏZA
Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
11 Mart 2018 21:20 SosialCəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağırtonnajlı "Shacman" yük maşını yolu dönmək istəyən "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ"ın sərnişini, rayonun Astanabad kənd sakini, 1968-ci il təvəllüdlü Abbasova Vəsilə Əkbərağa qızı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31