İngiltərədə müsəlmanlarla bağlı inanılmaz çağırış - Məkkəyə atom...
İngiltərədə naməlum şəxslər 3 apreli Müsəlmanların Cəzalandırılması günü elan edib. İngiltərinin bəzi bölgələrinə əhalini müsəlmanları öldürməyə çağıran məktublar göndərilib. Məktubda müsəlmanlara işgəncə vermək üçün müxtəlif variantlar və variantlara uyğun xallar təklif edilib:
11 Mart 2018 20:47 Dünyaİngiltərədə naməlum şəxslər 3 apreli Müsəlmanların Cəzalandırılması günü elan edib.
İngiltərinin bəzi bölgələrinə əhalini müsəlmanları öldürməyə çağıran məktublar göndərilib. Məktubda müsəlmanlara işgəncə vermək üçün müxtəlif variantlar və variantlara uyğun xallar təklif edilib:
10 xal - bir müsəlmana şifahi şəkildə təzyiq göstərmək;
25 xal - müsəlman qadının baş örtüyünü çəkib çıxarmaq;
50 xal - bir müsəlmanın üzünə kimyəvi məhlul tökmək;
100 xal - müsəlmanı döymək;
250 xal - müsəlmanın bədəninə elektrik enerjisi ilə işgəncə etmək;
500 xal - silah, bıçaq, avtomobil və ya başqa üsulla qətlə yetirmək;
1000 xal - hər hansı məscidi yandırmaq və ya bombalamaq;
2500 xal - Məkkəyə atom bombası atmaq.
İngiltərə polisi məktubu göndərən şəxslərin axtarışında olduğunu açıqlayıb.
Axar.az