Dəməşqin qəsəbəsi atəşə tutulub, 1 uşaq ölüb, 4 nəfər yaralanıb
11 Mart 2018 12:09 DünyaÖtən gün axşam Dəməşqin Cerman qəsəbəsi "Nüsra Cəbhəsi" terror qruplaşması üzvləri tərəfindən minaatanlardan atəşə tutulub.
Bu barədə yerli polis idarəsindəki mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, minalardan biri Homsi şəhərinə düşüb və nəticədə bir qız uşağı ölüb, daha 4 nəfər yaralanıb.
Yaraqlılar Dahiyət-əl-Əsad dairəsinə də 14 mərmi atıblar. Orada zərərçəkmişlər barədə məlumat yoxdur. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31