Suriyada yaralanan Türkiyə əsgərlərinin 117-si tam sağaldı
11 Mart 2018 12:04 DünyaTürkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı "Zeytun budağı" antiterror əməliyyatlarında yaralanan hərbçilərdən 117-si müalicəsini başa vuraraq xidmətə qayıdıb. Bu barədə Türkiyənin rəsmi mənbələri məlumat yayıb.
Qeyd edək ki, TSQ yanvarın 20-də Suriyanın Afrin bölgəsində antiterror əməliyyatlarına başlayıb. Ən son məlumata görə, TSQ-nin və Azad Suriya Ordusunun birgə apardığı antiterror əməliyyatı Afrin şəhəri ətrafında davam etməkdədir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31