Vergi Xidmətinin rəhbəri ölü tapıldı

Latviya Vergi Xidmətinin baş direktoru İlze Tsirule evində ölü tapılıb. Meyitin üzərində xəsarətlər və ya digər zorakılıq əlamətləri aşkarlanmayıb. Müvafiq məhkəmə-tibbi ekspertizalar təyin edilib.

İki övladı olan 53 yaşlı İlze Tsirule 2016-cı ilin noyabrın 14-dən Latviya Vergi Xidmətinin baş direktoru vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31