Dağıstanda qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib

Dağıstanın Tlyarta kəndində baş verən qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Rusiya KİV-ləri yazır ki, bu barədə Dağıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Dağıstanın Tlyarta kəndində baş verən qar uçqunu nəticəsində 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Rusiya KİV-ləri yazır ki, bu barədə Dağıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb. "Martın 9-da Tlyarta kəndindən 6 km aralı qar uçqununun baş verdiyinə dair məlumat daxil oldu. 51 yaşayış məntəqəsi ilə əlaqə kəsilib", - məlumatda bildirilib. Uçqun nəticəsində xəsarət alan olmayıb. Yaşayış məntəqələrində bərpa işləri martın 10-da görüləcək. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31