Paytaxtda daha bir küçə yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində daha bir küçədə təmir-tikinti işləri aparır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakının nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində daha bir küçədə təmir-tikinti işləri aparır. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, söhbət Xətai rayonu Məhəmməd Hadi küçəsindən gedir. Küçə 6 hərəkət zolaqlı olmaqla uzunluğu 4.4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metrostansiya (Əhmədli və H.Aslanov m.st.) və bir-neçə istiqamətdən gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu üzdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur. Təmir-tikinti işləri çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır,səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunara işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommnikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31